Gəncədəki turnirin qalibi müəyyənləşdi

26.08.2014 | 3424 dəfə oxunub

Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Bakcelin tərəfdaşlığı ilə “Heydər Əliyev kuboku – 2014” mini futbol turniri uğurla yekunlaşdı. Turnirdə Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları, şirkətlər, banklar, idarələr ,müxtəlif müəssisələr və təşəbbüs qruplarından ibarət 16 komanda çempionluq uğrunda mübarizə apardı.

Keçirilən oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər briqadası tərəfindən idarə olunurdu. Turnirin final oyunu və mükafatlandırma mərasimi 24.08.2014 tarixində baş tutdu və “Xəzər” komandası qalib oldu.Qalib və finalçı komandaların üzvləri, turnirin ən yaxşı oyunçu və qapıçısı fəxri fərman,medallar və hədiyyələrlə təltif olundular.

“Heydər Əliyev kuboku – 2014” mini futbol turniri layihəsinin əsas məqsədi futbolun gənclər arasında kütləviləşməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidir. Layihə iyun- sentyabr ayları daxil olmaqla 3 ay müddətini əhatə edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail