"AFFA=MAFİA" pankartı "Bakı"ya baha başa gəldi

26.08.2014 | 4436 dəfə oxunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının III turunun “Bakı” – “Qəbələ” matçında “Bakı” klubunun azarkeşləri tərəfindən açılmış pankarta görə klub 5000 manat cərimə olunur  (maddə 42.7).

Topaz Premyer Liqasının III turunun “Simurq” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).

Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Əvəzedici heyətlərin III turunun “Bakı” – “Qəbələ”  matçının 33-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Şirməhəmməd Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur  (maddə 37.1).

Əvəzedici heyətlərin III turunun “Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 52-ci dəqiqəsində “Simurq” klubunun 80 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail