Xaqani Məmmədovdan gülünc qərar: "Lazım gələrsə, bir hakim tur ərzində iki oyuna təyinat alacaq"

26.08.2014 | 3552 dəfə oxunub

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir hakimə Premyer Liqanının eyni turunda iki oyun həvalə etmək haqda düşünür. Stadium.az xəbər verir ki, bu haqda, o özü “Het-trik news” qəzetinə bildirib.

O qeyd edib ki, Premyer Liqa oyunlarında aşağı qiymət alan hakimlər bir neçə tur “dincələcəklər”.

“Bəziləri fikirləşir ki, səhvdi də etmişəm, onsuz da 1-2 tur sonra yenə oyun verəcəklər. Belə olmaz. Bir tur üç gün ərzində keçirilir. Ehtiyat qüvvəmiz var. Amma risk eləmək istəmirik. Lazım gələrsə, bir hakim tur ərzində iki oyuna təyinat  alacaq. Yəni cümə günü oyun idarə edən hakimə bazar günü də təyinat verə bilərik”.

Məmmədov özü də etiraf edib ki, bir hakimin eyni turda iki oyuna təyin olunması arzuolunan deyil. “Məqsədimiz səhv etmiş hakimləri sərt cəzalandırmaqdır. Özləri də bunun fərqində olacaqlar. Bir tur oyunsuz qalmaq onların maddi durumuna təsir edəcək”.

Xaqani Məmmədovun bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bildirilib ki, AFFA Hakimlər Komitəsinin belə qərar verməsi gülünc doğuracaq. Düzdür, səhvə yol verən hakimin cəzalandırılması doğrudur. Amma sırf ona cəza vermək xatirinə başqa bir hakimə eyni turda iki oyunun həvalə edilməsi həm hakimlər arasında ayrıseçkilik yaradacaq, həm də referilərə gizli yolla da olsa hansısa klubun marağını qorumağa, manevr etmək imkanı verəcək. 

Bir də ki, belə qərara dünya təcrübəsində - istisnaları bir kənara qoysaq – rast gəlinməyib. Amma görünür, Məmmədov barəsində onsuz da xoş sözlər deyilməyən Azərbaycan hakimliyi haqda bilərəkdən, ya bilməyərəkdən daha pis imic formalaşdırmağa çalışır. 

Maraqlıdır, görəsən, bu absurd fikirlə bağlı Azərbaycan çempionatının təşkilatçısı Peşəkar Futbol Liqasının rəhbərliyi nə düşünür?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail