Mais Mənsimov "Xəzər-Lənkəran"da baş verənlərə aydınlıq gətirdi - MÜSAHİBƏ

29.07.2011 | 4477 dəfə oxunub

"Xəzər Lənkəran" futbol klubunun prezidenti Mais Mənsimovun lent.az saytına müsahibəsi:

- Avropa Liqasında mübarizəni dayandırmasından sonra "Xəzər Lənkəran"la bağlı müxtəlif ziddiyyətli məlumatlar yayılıb. Əslində vəziyyət nə yerdədir?
- Özüm hazırda Lənkərandan qayıdıram. Hər şey qaydasındadır. O şayiələri yayanlar "Xəzər Lənkəran"ı sevməyənlərdir. Bunlar onların buraxdığı şayiələr idi.

- Komandanız məşqlərə nə zaman başlayacaq?
- Hazırda futbolçular qısa müddətli istirahətdədirlər. İki gündən sonra komanda Lənkərana yollanaraq yeni mövsümün hazırlıqlarına başlayacaq.

- Mirça Rednikin taleyinə aydınlıq gəlib?
- Rednik komandamızın baş məşqçisidir və fəaliyyətini davam etdirir. Hazırda o, Bakıdadır.

- Bəs legionerlər?
- Bütün legionerlər komandadadırlar. Heç kim heç yerə getməyib.

- Emeka Opara da?
- Bəli. Ümumiyyətlə, "Xəzər Lənkəran"da kimin qalıb-qalmayacağına baş məşqçimiz qərar verəcək.

- İsrail "Makkabi"sini keçə bilmədikdən sonra klubunuz strategiyasını dəyişərək yerlilərə üstünlük verəcəyini açıqladı. Amma legionerlərin komandada qalacaqlarını deyirsiniz...
- Bəli, biz yerli futbolçu hazırlığına diqqəti artıracağıq. Amma bu, o demək deyil ki, heyətdəki bütün legionerlərdən imtina etməliyik. Elə olsa, komanda zəifləyə bilər.

- Hazırda yerli futbolçularla danışıqlar aparırsınız?
- Bəli. Baş məşqçimizin istəyinə uyğun olaraq, heyətimizi yerli futbolçularla da gücləndirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail