“Neftçi”nin futbolçuları tarixi oyundan öncə: " "Partizan" bizə qol vura bilməz” - SORĞU

27.08.2014 | 3139 dəfə oxunub

Sabah Azərbaycan futbolu üçün tarixi gündür. Stadium.Az xəbər verir ki, iki komandamız – “Qarabağ” və “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşmək üçün son oyuna çıxacaq.

“Qarabağ” Hollandiyada “Tvente”, “Neftçi” isə Azərbaycanda “Partizan”la üz-üzə gələcək.

Peşəkar Futbol Liqasının rəsmi saytının əməkdaşı “Partizan”la oyundan öncə “Neftçi”nin bir neçə futbolçusu ilə danışıb....

 
“İndiki “Partizan” daha güclüdür”

Mirhüseyn Seyidov (yarımmüdafiəçi): “Partizan”a qarşı keçirdiyimiz ilk oyunları yaxşı xatırlayıram. Qrup mərhələsində üz-üzə gəldiyimiz “Partizan”la indiki komandanı müqayisə etsək, deyərəm ki, ikinci    daha güclüdür. Qrup mərhələsinin oyunu pley-off mərhələsinin matçı qədər həyəcanlı olmur. Pley-off oyunlarında istək, mübarizə daha yüksəkdir.  Biz də sabah həlledici oyuna çıxacağıq. “Partizan” səddini keçmək bizim borcumuzdur. Səfərdə uduzsaq da, 2 qol vurmuşuq. Vurulan qollar bizim üçün üstünlükdür. Bundan əlavə, azarkeş dəstəyi də olacaq. Azarkeşlərin köməkliyi ilə ən azı bir qol vurub mərhələni keçməyimiz mümkündür.

 

“2:3 hesablı məğlubiyyət normaldır”

Saşa Stamenkoviç (qapıçı): “Partizan”a qarşı Serbiya çempionatında da oynamışam, Avropa Liqasının qrup mərhələsində də. Hesab edirəm ki, indiki “Partizan” daha güclüdür. Düşünürəm ki, futbolçuları çox texnikalıdır və işlərini yaxşı bilirlər. Buna görə də biz oyuna çox yaxşı hazırlaşmalıyıq. Səfərdə uduzmağımıza baxmayaraq, məncə, 2:3 çox normal hesabdır. Biz  sabahkı oyunda azarkeşlərin köməyi ilə qələbə qazana bilərik. “Partizan” mənim üçün adi rəqibdir. 2 il öncə Serbiyada məni yaxşı qarşılamamışdılar. Amma 1 həftə öncə keçirilən oyunda hər hansı bir etiraz pankartının şahidi olmadım. Çünki mənim bütün diqqətim oyunda idi. Məni serbiyalı azarkeşlər yox,  “Neftçi”nin fanatları maraqlandırır. Onlar bizə yardım edəcəklər”.

 

“İkinci dəfə tarix yazmalıyıq”

Cavid İmamverdiyev (yarımmüdafiəçi): “Partizan”ın hazırda daha güclü olduğunu düşünürəm. Amma biz də zəif deyilik. Düzdür, səfərdə uduzduq. Məğlubiyyətin əsas səbəbi isə zəif oyun yox, arxayınlaşmaq idi. Biz 2 qol vurduqdan sonra rahat oynadıq və qollar buraxdıq. Sabah isə cavab oyunudur. Mən fürsətdən istifadə edib, xalqımıza səslənirəm. Ümid edirəm ki, azarkeşlər sabah bizə stadionda dəstək olacaqlar. İşin 50 faizi azarkeşlərdən asılıdır. Onların köməyinə çox ehtiyacımız var. “Neftçi”də durum çox yaxşıdır. Əgər biz  sabah öz oyunumuzu sərgiləsək “Partizan” bizə qol vura bilməz. Mənim üçün artıq qrup mərhələsində oynamaq ümidi yox, arzusu var. Özümü Avropa Liqasının qrup mərhələsində görürəm. Biz vaxtilə qrup mərhələsinə düşüb, tarix yazmışıq. Çalışacağıq ki, uğurumuzu təkrarlayaq. Sonda yenə azarkeşlərə səslənmək istəyirəm. “Neftçi”nin oyununda mərkəzi arenanı tam dolmuş vəziyyətdə görmək arzumdur”.

 

“Səfər oyununda yaxşı çıxış etmədim”

Flavinyo (yarımmüdafiəçi): “İndiki “Partizan” daha yaxşıdır. Rəqibin oyun ritminin daha da artdığını söyləməliyəm. Rəqibin fiziki gücü yüksəkdir. Fiziki gücü yüksək olan komandaya qarşı oynamaq isə çətindir. Biz 2:3 hesabı ilə uduzsaq da, şanslarımız olur. Hər kəs deyir ki, 2 qol vurduqdan sonra arxayınlaşdıq. Amma, məncə, biz birinci qoldan sonra çaşdıq. Bizim komandamız iki avtoqolla sarsıldı. Lakin unutmayaq ki, bizim erkən vurduğumuz iki qol “Partizan” üçün də biabırçılıqdır. Mən etiraf edirəm ki, səfər oyunun fərdi planda yaxşı oyun sərgiləmədim. Cavab oyununda daha yaxşı oyun nümayiş etdirmək istəyirəm və bunu bacaracağımı düşünürəm. Bizim komandamız cavab oyununa daha yaxşı motivasiya ilə çıxmalıdır. Çünki bizi vacib qarşılaşma gözləyir”.

 

"Oyun praktikamı artırmalıyam"

Nikolas Kanales (hücumçu): Məncə, əvvəlki “Partizan” daha yaxşı idi. O vaxt fərdi planda yaxşı oyunçular az deyildi. Mənə elə gəlir ki, bizi öz oyunumuz daha çox düşündürməlidir. Artıq 2 həftədir ki, məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm. Fiziki baxımından problemim yoxdur. Oyun praktikamı artırmalıyam. “Partizan”la cavab matçında hər şey özümüzdən asılıdır. Əsas məsələ qol buraxmamaqdır.  Bizim qol vurmaq baxımından problemimiz yoxdur. “Neftçi” hər oyunda qol vurur.

pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail