Jurnalistlərimiz "Neftçi" və "Qarabağ"dan nə gözləyir? - SORĞU

28.08.2014 | 3663 dəfə oxunub

Bu gün Azərbaycan futbolu üçün çox önəmli gündü. Çünki "Qarabağ" və "Neftçi" Avropa Liqasının "pley-off" mərhələsində cavab matçına çıxacaq. "Qarabağ" Bakıda qalib gələ bilmədiyi "Tvente"nin qonağı olacaq. "Neftçi" isə ilk oyunda səfərdə məğlub olduğu "Partizan"ı Bakıda qəbul edəcək. Bu oyunla əlaqədar bir sorğu keçirdik. Ölkə mətbuatının idman yazarları Newsport.az saytına matçla bağlı düşüncələrini bildirdi:

Natiq Muxtarli (Publika.az): “Nə “Qarabağ”ın, nə də “Neftçi”nin rəqibi güclü idi” deyib bəhanə gətirməyə haqqı yoxdur. İlk qarşılaşmalar göstərdi ki, “Partizan” da, “Tvente” də ortabab komandadır. “Qarabağ” Bakıdakı oyunda “Tvente”nin sıx müdafiəsini yarmağın yolunu tapa bilmədiyi üçün qalib gələ bilmədi. Qurban Qurbanov bunu Hollandiyada həyata keçirməlidir. Hesab edirəm ki, “Tvente” öz meydançasında daha açıq futbol nümayiş etdirməyə məcbur olacaq ki, bu da “Qarabağ”ın işinə yarayacaq. Qalır ələ düşən imkanlardan maksimum yararlanmağa. Sözsüz ki, hollandlar yenə də əsas diqqəti Reynaldoya yönəldəcəklər. Belə məqamda “Qarabağ”da qol vurmaq üçün başqa bir futbolçu məsuliyyəti üzərinə götürməlidir. Bakıdakı oyunda Vüqar Nadirov bu missiyanın öhdəsindən gəlmədi. Qurban Qurbanov cavab qarşılaşmasında bu missiya üçün başqa alternativ tapmalıdır. “Neftçi”nin ilk oyundakı 2:0 hesablı üstünlüyü əldən verməsinin əsas səbəbi isə komandada məşqçi işinin olmamasının təzahürü idi. Hesabda önə keçəndən sonra futbolçular sanki özlərini itirdilər, meydanda necə hərəkət edəcəklərini müəyyənləşdirə bilmədilər. Amma məşqçi onlara “hesabda geri olsaq necə oynamalıyıq”, “hesabda öndə olsaq necə oynamalıyıq” tapşırığını versəydi, yəqin ki, qələbə də əldən çıxmazdı. Bakıdakı oyunda futbolçulara bu tapşırığı verən tapılsa, yəqin ki, “Neftçi” qalib gələcək. Mən ən çox narahat edən isə “Neftçi”nin futbolçularının fiziki hazırlığının yetərli olmamasıdır. Bax, bu çatışmazlığı aradan qaldırmaq bir qədər çətindir. Çünki fiziki hazırlığın aşağı olması bu günün problemi deyil".

Amal Abışov (Futbol+ qəzeti)Hər ikisini çətin sınaq gözləyir. Ən yaxşısına ümid edərək, komandalarımızın mərhələ keçəcəyinə inanıram. Erkən qolla çox şeyə nail ola bilərik. Reynaldo, Almeyda, Kanales və Flavinio kimi fiqurlar öz sözünü deməlidi".

Vüsal Bəbirli (Stadium.Az) : “Bilirsiz, sabahkı oyuna hesab demək çətindir. Ümumiyyətlə, hesab demək dinimizə ziddir. Hesabı ancaq Allah bilər, amma könül istəyir ki, həm “Neftçi”, həm də “Qarabağ” qrup mərhələsində oynasın. İndi siz “Neftçi” barədə soruşursuz. İlk oyun göstərdi ki, “Partizan” heç də “Neftçi”dən üstün komanda deyil. Sadəcə Saşa Stamenkoviçin sanki yerlilərinə “güzəştə” getməsi və Karlos Kardosonun yoxluğu “Neftçi”nin məğlubiyyətinə səbəb oldu. “Neftçi” inanmıram ilk dəqiqələrdən irəli atılıb qol vurmaq barədə düşünsün. Elə belə də olmalıdır. Çünki komanda erkən qol vurmaqdan daha çox diqqətli oyuna üstünlük verməlidir. “Partizan” müdafiədə boşluqlar verən komandadır. Sadəcə rəqibə pressinq tətbiq edib, serbləri qabaqda qarşılamaq lazımdı. Vobay və Araz rəqib qapını daimi olaraq uzaq məsafədən yoxlamalıdır. “Neftçi”nin lazımı hesabla qalib gəlib qrupa düşəcəyinə inanıram”.

Mirələm Həsənli (Sportlife.az): Məncə hər iki klubumuz qrup mərhələsinə vəsiqə qazanacaq. Bunun üçün komandalarımızın gözəl imkanları var".

İbrahim Cəfərov (Futbolxeber.az): İnanıram ki, hər iki komandamız mərhələ adlayıb, bizi sevindirəcək. Azərbaycan futbolu artıq 1 dəfə "Neftçi"nin sayəsində Avroliqanın qrup mərhələsinin həyəcanını yaşayıb Bu dəfə isə 2 komandamız eyni anda qrup yüksəlməlidi. Buna inanmalıyıq. Düzdür, bu elə də asan deyil. Çünki Tvente və Partizan zəif rəqib deyillər. Məncə, "Neftçi" ilə müqayisədə "Qarabağ"In işi bir qədər daha çətindir Çünki Ağdam klubu lazımı nəticəni səfərdə qazanmalıdı. Neftçi isə oz meydanında oynayır. Səfərdəki arxayınçılıq olmasaydı, "Neftçi" cütün taleyini elə Belqradda həll edərdi. Amm o oyun artıq keçmişdə qalıb. Hesab edirəm ki, Neftçi işinin öhdəsindən gələcək və bizləri 2 il əvvəl olduğu kimi sevindirəcək. "Qarabağ"a gəldikdə isə hazırda bu komanda Reynaldodan çox aslıdır. Yəni, elə Enshededəki oyunun taleyini də deyərdim ki Reynaldo həll edə bilər. Bu o demək deyil ki, "Qarabağ"ın digər futbolçuları zəifdirlər. Əsla! Sadəcə Reynaldo olmayanda "Qarabağ"da onun yxoluğunu heç kim unutdura bilmir. Yenə deyiirəm, hər iki komandamıza inanmaq lazımdı. Həm də hər iki rəqibi keçmək olar. Hələ indiyə kimi Azərbaycan klublarına play-offda belə rəqiblər düşməmişdi. Yəni, bu Tvente və Partizan daha əvvəl qarşılaşdığımız Bazel, o vaxtkı Tvente, Borussiya və hətta Ayntraxtdan da bir qədər geri qalırlar. Ona görə də bu şansdan maksimum yararlanmalıyıq. BATE, Maribor kimi komandalar ÇL-in qrupunda oynayırsa, Azərbaycan klublarının Avroliqanın belə qrupuna düşə bilməməsi biabırçılıq olacaq".

Səxavət Qurbanov (İdmanxeber.com):"İlk növbədə hər iki komandaya uğur arzulayıram və inanırma ki, qrup mərhələsinə vəsiqə qazanmaqla bir gecədə iki dəfə sevinə biləcəyik. "Qarabağ" üçün Hollandiya səfəri çətin sayılsa da mümkünsüz deyil. Hər halda Qurbanovun yetirmələri göstərdiyi futbolla tarixinin ən zəif "Tvente"sini yenə bilər. ƏIn azından qollu heç-heçə bizi qrupa daşıyacaq. Mənə elə gəlir ki, oyun 1-1 başa çatacaq. Eyni şeyləri "Neftçi" haqda da demək olar. Amma bu dəfə biraz fərqli, Hacıyevin yetirmələri qələbə qazanmalıdı ki, "Partizan"ı yenmək elə də çətinb olmamalıdı. Evdə qalib gələrək qrup mərhələsinə vəsiqə qazanmağın sevinci bir başqa olur ki, Bakıda azı 1-0-lıq bir nəticə gözləyirəm. Açığı hər iki klubumuzun qrupa düşəcəyi qənaətindəyəm. Təbii ki, möcüzə olmasa".

İlkin babayev (futbol11.az) "Neftçinin" və Qarabağın qrup mərhələsinə keçmə şansının olduğuna inanıram. Nəzər alsaq ki, Neftçi öz meydanında, doğma azarkeş dəstəyi ilə mübarizə aparacaq, o zaman səfərdə asanlıqla 2 qol vurub, sonra bunun arxayınlığı ilə məğlub olan komandanın Bakıda uduzmağa haqqı olmadığı düşüncəsindəyəm. Bol qollu qarşılaşma gözləməsəm də, Neftçinin uduzacağı ehtimalı azdır. O ki qaldı Qarabağa, Ağdam təmsilçisi bu işi həll etməyə borcludur. Tventenin Zalsburqdan güclü klub olduğunu fikirləşmirəm. Əgər, Zalsburqu məğlub edərkən sərgilənən oyun Hollandiyada da göstərilsə, o zaman Qarabağı qrup mərhələsində izləyə biləcəyik".

Kənan Məstəliyev (rekord.az): Daha bir tarixi şansın astanasındayıq. Hər iki klubumuz da bu tarixi yazmaq üçün əla şans qazanıb. Rəqiblər də güclü olsa da, keçilməz deyillər. Proqnoza vermək lazım olsa, "Neftçi"ni daha şanslı görürəm. Serbiyadakı oyun göstərdi ki, "ağ-qaralar"ın hücumda, qol vurmaq problemi yoxdu. Qalır müdafiə. O da Kardosonun gəlişiylə "relsinə oturacaq". "Qarabağ" isə... Son şanslarıdı. Yenə pley-offda "ilişmək" olmaz. Haqqları yoxdu buna. Nə olursa-olsun, tur keçilməlidi".

Mirbağırağa Cəfəri (Sportinfo.az): "Hər iki komanda yeni tarix yaza bilər. Bunun üçün real şans da düşüb. Məncə "Qarabağ" Bakıdakı oyunda nəyə qadir olduğunu ortaya qoya bilmədi. Hardasa meydançanın ideal vəziyyətdə olmaması da "Qarabağ"ın oyununa mənfi təsir etdi. Ancaq "Qarabağ"ın səfər matçında uğurlu nəticə qazanacağına əminəm. Çünki "Tvente" evdə oynadığından hücumda olacaq. "Qarabağ" üçün bu əsl şansdı. Əks-hücum da qol vurmaq şansı çox olacaq. Həmin epizodlarda layiqincə yararlansa, "Qarabağ" qrup mərhələsinə düşə bilər. "Neftçi" ilk oyundakı səhvləri təkrarlamasa, "Partizan"ı keçə bilər. Hər halda bu komandanın da qrupa düşə biləcəyinə inanıram".

Mərdan Həsənov( Newsport.az) "Hər iki kluba uğurlar arzu edirəm. Oyunlara gəlincə, fikrimcə hər iki klubumuz mərhələ keçməyə borcludu. "Neftçi" səfərdə iki qolla hesabda irəli keçdi. Müdafiədəki boşluqlar komandaya baha başa gəldi. Əminəm ki, burada səhvləri təkrarlamayacaq. "Qarabağ" da birinci oyunda çoxlu qol şanslarını qaçırdı. İnanaq ki, bu oyunda belə olmayacaq və imkanlardan maksimum istifadə edəcəklər".

(newsport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail