Axmaq olma! - Yazı

30.07.2011 | 4809 dəfə oxunub

Eşitməmişəm ki, dəlidən yaşını soruşarlar. Onun elədiyi işin sorğu-sualı olmaz. Belələri türmə həyatından da azaddı. «Dopros»çular o biri dünyada da onlara yaxın gəlmir. Üzünü görən kimi üzlərini çevirib gedirlər. Düzdü də, dəliyə nə deyib, nə cavab alsınlar? Hamı Bəhlul Danəndə olmur...

Mirça Rednik nə dəlidi, nə Bəhlul Danəndə. O, sənətkardı. Özünü Lənkəranda Aygün Kazımovadan məşhur sayan birisi keçən dəfə bizim uşaqlara deyib ki, bu zonaya hələ Rednik kimi məşqçi ayaq bamayıb. Ağasəlim Mircavadovu bəyənməyən adam, iddia eləyir ki, bəzi futbolçular rumına qarşı «təxribat»a meyillənməsəydi, «Makkabi» səddini asanca aşardılar. Yerli futbolçuların adları çəkilir, avrokuboklarda 5-ci erkən dayanmanın günahkarları onlar göstərilir. Azarkeşləri idarə etməyin «yeni yolunu» tapan şəxs hamını inandırmağa çalışır ki, Rednikin özünə qalsaydı, «Xəzər Lənkəran» israilliləri Təl-Əvivdə məğlubiyyət çadırına göndərərdi.

Mənim Rednikə antipatiyam olmayıb. Çox da fəaliyyətini təqdir eləmişəm. Bu da AFFA-nın «Neftçi»nin qolundan yapışıb, hakimlərin cəlladlığından istifadə etməyinə görə olub. Mübarizə meydanında tək qalanlara, dörd bir tərəfdən daşlananlara bir təkmək də mən atmamışam. Mirça hər şeyə rəğmən, «Xəzər Lənkəran»ı ölkə ikincisi elədisə, bu, böyük nəticəydi. Amma hər şeyin də bir dərəcəsi var. Sən inamdan sui-istifadə edəcəksənsə, bunun da cavabını alacaqsan. «Xəzər Lənkəran»ın başını əzən kənar qüvvələr idisə, kluba qurşaqdan aşağı zərbə endirən Rednikdi. Ağasəlim Mircavadovun üstündən xətt çəkənlər, çox tez unutdu ki, o, pulgir olmayıb. Mircavadov ildə 3 dəfə heyət dəyişib, 50-60 futbolçunu gətirib-göndərsəydi və onlardan nəsə umacaqlığı bir balaca təsdiqlənsəydi, onu Lənkərandan Bakıyadək ayaqyalın qovardılar. Elə qovardılar ki, heç arxasına boylanmağa an da tapa bilməzdi. Amma o, bunları eləməyə-eləməyə kölgəsini qılınclayan «Höccətşünas»a demək istəyirəm ki, höccətləşmə. Fikirləşmə ki, nə baş verirsə, düzünü ancaq özün bilirsən. Mircavadov pulpərəstdi, hə. Amma özü üçün. İlin on iki ayı ağlayandı, yenə özü üçün. Amma o, futbolçularla «bazarlıq» etməyib, onlardan nə pul götürüb, nə də umub. Əksini mənə sübut edən olsa, qaloşu dünən ayaqqabıya dəyişib, stadionun hesabına özünə ev tikdirən Höccətin qarşısında baş əyərəm! Amma əlini ürəyinin üstünə qoy və əmin ol: gündə on iki dəfə önündə təzim etdiyinə mən əyilməyəcəm!

Mirçanın çəkdiyi əziyyəti hədər saymağı mən də günah bilirəm. Ancaq demək ki, Lənkəran futbolunu ağ günə yalnız o çıxara bilər, hələ indiyədək belə mütəxəssis görməmişik, bu, ağ yalandı. Quyruğunda fırlandığından niyə soruşmursan ki, bir yığın vecsiz legioneri əvvəlcə gətirib, sonra yola salmağında marağın nədi? Futbolçunun pulunda gözü olmayan Mircavadovu suçlaya bilirsiz, 25 rumını gətirib-çıxaran Mirçadan şübhələnməyə əsas tapmırsız? «Xəzər Lənkəran»ın dağılmağın bir addımlığında olması da işi dərindən araşdırmağa səbəb vermədi? Az qalmışdı ki, adicə süpürgəçini də Rednik Rumıniyadan gətirsin. «Xəzər»i Buxarest «Styaua»sına döndərən baş məşqçi daha nə etməliydi ki? Özünü(zü) axmaqlığa vurma(yın)!

Fazil Əsədovun olmayan kölgəsində yatanlar, onu da qaytarmaq istəyindəydi, xəbərim var. Lənkəranı  şayiə başına götürmüşdü ki, Rednik getsə, Əsədov yerin altından pırtlayıb çıxacaq. O yerdə Mircavadovu yerdən-yerə vururlarsa, Fazilin qayıtmasındansa, Rednikin qalması yaxşıdı. Anatoli Konkov «İnter»i inək əvəzi sağıb, südünü Ukraynaya daşıdısa, vaxtilə oyun satmasına görə «Viləş»dən qovulan Fazilin ləkəsini «Xəzər»in yaxasından təmizləmək, Mirçanı getdiyi yoldan döndərməkdən də çətin olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail