Ruslan Əmircanov: "Hər şey qaydasına düşür"

28.08.2014 | 2802 dəfə oxunub

Premyer Liqanın IV turunda “Qəbələ” AZAL-la qarşılaşacaq. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Ruslan Əmircanov komandasının ev oyunu haqda fikirlərini gabalafc.az saytına açıqlayıb.

O bildirib ki, ardıcıl iki qələbə qazanan “Qəbələ” növbəti dəfə azarkeşlərini sevindirmək iddiasındadır: “AZAL yeni komanda deyil, hamı onları tanıyır. Düzdür, bu klubun indiki durumu haqda müxtəlif fikirlər səslənir. Amma biz bunlara fikir vermirik. Çünki çox yaxşı bilirik ki, AZAL istənilən komandanı büdrədə biləcək rəqibdir. Bu üzdən rəqibə hörmətlə yanaşır, qarşılaşmaya ciddi hazırlaşırıq. Doğma meydanda oynayacağıq.  Çalışacağıq ki, 90 dəqiqənin sonunda qalib gələn tərəf olaq”.

Əmircanov çempionatın ilk 3 oyununda 6 xal toplayan “Qəbələ”nin startdakı çıxışına da qiymət verib: “Mövsümün ilk 3 turunu dəyərləndirsək, hər şeyin yaxşılığa doğru getdiyini söyləmək olar. Çempionata məğlubiyyətlə başlasaq da, sonrakı iki qələbə göstərdi ki, oyundan-oyuna hər şey qaydasına düşür. Həm yeni gələnlər komandaya uyğunlaşır, həm də komada öz oyununu tapır”.

III turda 2-ci qələbəsini qazanan “Qəbələ”dən fərqli olaraq, AZAL-ın “Neftçi” ilə qarşılaşması təxirə salınmışdı. Əmircanov bir turluq istirahətin rəqibə necə təsir edə biləcəyindən də danışıb: “Elə komanda var ki, onun üçün belə istirahət müsbət rol oynayır. Futbolçular yorğunluğunu atıb, daha rahat oynayır. Lakin elə də olur ki, bu, oyun praktikasının azlığı ilə nəticələnir. Buna görə də AZAL-ın ötən tur oynamamağının rəqibimizə necə təsir edəcəyini söyləmək çətindir. Hər şeyi oyun göstərəcək. Biz də çalışacağıq ki, növbəti 3 xalımızı qazanaq”.

Təcrübəli müdafiəçi komanda yoldaşları Kamran Ağayev, Ruslan Abışov və Cavid Hüseynovla birlikdə Azərbaycan millisinə dəvət alıb. Sentyabrın 3-də Rusiya ilə yoldaşlıq, 9-da Bolqarıstanla seçmə mərhələ oyunları ölkə çempionatında da fasilənin yaranması ilə nəticələnib. Əmircanov həm fasilə, həm də IV turu lider kimi başa vurmaq şanslarına da toxunub: “Bizim komandada da 4 futbolçu milliyə dəvət alıb. Fasilə dövründən təkcə “Qəbələ” deyil, bütün klublar bəhrələnəcək. Bəziləri qısa müddətə istirahətə buraxılacaq, bəziləri isə hazırlığındakı çatışmazlıqları aradan qaldıracaq. Təbii ki, fasiləyə lider kimi yollanmağımız mümkündür. Amma bu, digər komandaların oyunlarının nəticələrindən asılıdır. Biz isə başqa komandaların matçları haqda düşünmürük. Ancaq öz oyunumuzu, öz nəticəmizi düşünürük. Çalışırıq ki, komandamız yaxşı nəticə qazansın. Yalnız bundan sonra digər qarşılaşmaların necə başa çatması ilə maraqlanırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail