Premyer Liqamızın dəyəri açıqlandı

28.08.2014 | 3585 dəfə oxunub

Azərbaycan  Premyer Liqasının dəyəri müəyyənləşib. Stadium.Az Publika.az saytına istinadən xəbər verir ki, transfermarket.de saytının klublarımızda oynayan futbolçulara qoyduğu qiymətlərə əsasən apardığı hesablamalara görə, çempionatımızın 56 milyon 925 min avro dəyəri var.

Azərbaycan Premyer Liqasının ən dəyərli klubu "Qəbələ"di. Bölgə klubunun 22 futbolçusuna ümilikdə 11 milyon 100 min avro qiymət qoyulub. "Qəbələ"nin ən dəyərli futbolçusu isə "Braqa"dan gələn Yazaldedi - 2 milyon 300 min avro.

İkinci pilləni "Qarabağ" tutur. Azərbaycan çempionunun ümumi dəyəri 10 milyon 775 min avrodu. "Qarabağ"ın ən dəyərlisi Danilo Dias hesab olunur - 2 milyon 500 min avro.

İlk "üçlüy"ü "Xəzər Lənkəran" qapayır. 9 milyon 50 min avro qiymət qoyulmuş Lənkəran klubunun ən bahalı oyunçusu 1 milyon 500 min avro qiyməti olan Mbilla Etamedi.

Azərbaycan Premyer Liqasının ən ucuz komandası "Bakı"dı. Əsas futbolçularını itirən, 3 legioner və gənc oyunçularla yoluna davam edən paytaxt klubunun 11 futbolçusuna 1 milyon 450 min avro qiymət qoyulub.


1. Qəbələ (22 futbolçu) - 11 milyon 100 min avro

Ən bahalı oyunçusu: Yazalde - 2 milyon 300 min avro

 

2. Qarabağ (21 futbolçu) - 10 milyon 775 min avro

Ən bahalı oyunçusu: Danilo Dias - 2 milyon 500 min avro

 

3. Xəzər Lənkəran (24 futbolçu) - 9 milyon 50 min avro

Ən bahalı oyunçusu: Mbilla Etame - 1 milyon 500 min avro

 

4. İnter (23 futbolçu) - 7 milyon 200 min avro

Ən bahalı oyunçusu: Aleksandr Amisulaşvili - 1 milyon 800 min avro

 

5. Neftçi (18 futbolçu) - 6 milyon 350 min avro

Ən bahalı oyunçusu: Kaue - 1 milyon 400 min avro

 

6. Simurq (12 futbolçu) - 4 milyon 675 min avro

Ən bahalı oyunçuları: Benjamin Lambot, Marko Stanoyeviç - 650 min avro

 

7. AZAL (16 futbolçu) - 2 milyon 800 milyon

Ən bahalı oyunçusu: Viktor İbekoyi - 500 min avro

 

8. Sumqayıt (17 futbolçu) - 1 milyon 875 min avro

Ən bahalı oyunçuları: Andrey Popoviç - 200 min avro

 

9. Araz Naxçıvan (18 futbolçu) - 1 milyon 650 min avro

Ən bahalı oyunçusu: Ramal Hüseynov - 150 min avro

 

10. Bakı (11 futbolçu) - 1 milyon 450 min avro

Ən bahalı oyunçuları: Risto Ristoviç - 400 min avro



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail