Elvin Yunuszadə "Partizan" biabırçılığından danışdı

29.08.2014 | 3672 dəfə oxunub

“İlk oyunda heç nədən uduzmuşduq. Bu dəfə qələbə qazanmaq istəyirdik. Ancaq havanın çox isti olması və meydançanın ot örtüyünün bərbad vəziyyətdə olması ounumuza təsir etdi”.

Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun müdafiəisi Elvin Yunuszadə Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la cavab matçından (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.

O, hər iki oyunda “Partizan”a məğlub olaraq turnirdə mübarizəni dayandırmaqlarına baxmayaraq rəqibdən zəif olmadıqlarını  bildirib: “Başabaş oyun getdi. “Partizan” bizdən güclü deyildi. Sadəcə ilk oyunun nəticəsi onlara sərf etdiyi üçün daha rahat oynayırdılar. İstər-istəməz rəqib top saxlamalı idi. Ot örtüyünün pis vəziyyətdə olması hücum etmək istəyən komandaya mane olur. Təəssüf ki, stadiona gələn xeyli sayda azarkeşimizi sevindirə bilmədik. Qismətimizdə qələbə qazanamq yox imiş. Bundan sonra çempionat oyunlarına ciddi yanaşmalıyıq. Çempionatda yaxşı nəticə qazanmalıyıq ki, gələn il də ölkəmizi avrokuboklarda təmsil edək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail