Elxan Məmmədov püşkatmadan razılıq edib, Foqtsun məsələsinə aydınlıq gətirdi

31.07.2011 | 3983 dəfə oxunub

"Bildiyiniz kimi, AÇ-2012-nin seçmə mərhələsində Almaniya ilə bir qrupa düşmüşdük. Belə bir komanda ilə oynamaq çox çətin idi. Dünya çempionatının püşkatmasını bizim üçün normal hesab edirəm".

Stadium.Az saytı xəbər verir ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının püşkatmasından sonra AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Məmmədov daha sonra bunları bildirib: "Daha çətin rəqiblərlə düşə bilərdik. Yer aldığımız qrupu çətinliyinə görə orta səviyyəli hesab edirəm. Bildiyimiz kimi, dünya çempionatının seçmə mərhələsinin hazırlıqlarına təxminən bir ildən sonra başlayacağıq. Ona görə də, seçmə mərhələdəki məqsədlərimizlə bağlı daha dəqiq məlumatları o zaman verəcəyik".

Elxan Məmmədov Berti Foqtsun müqaviləsinin uzadılıb-uzadılmaması ilə bağlı suala bu cür cavab verib: "Baş məşqçi ilə AÇ-nin seçmə mərhələsinin sonuna qədər müqaviləmiz var. Onunla bağlı bu ilin sonunda qərar verəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail