Qurban Qurbanov: “Bakıda bütün rəqiblərdən xal almaq mümkündür”

31.07.2011 | 4819 dəfə oxunub

Final mərhələsi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü dünən atıldı.

Yığmamız "F" qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq milliləri ilə mübarizə aparacaq.

Premyerliqa.az saytına açıqlama verən tanınmış məşqçi Qurban Qurbanov püşkatmanı dəyərlənidirib:

"Hesab edirəm ki, püşk bizə yaxşı qrup qismət etdi. Bakıda bütün rəqiblərdən xal almaq mümkündür. Millimiz bu qrupda 10-12 xal toplaya bilər. Qarşıda 1 il vaxtımız var və bu zamana qədər millinin heyətini tam komplektləşdirmək lazımdır".

Daha sonra Qurban Qurbanov ayrı-ayrılıqda qrup rəqiblərimizi dəyərləndirib:

Portuqaliyanın ən güclü vaxtlarında onlardan xal almışıq

Qrupun aşkar favoriti Portuqaliya yığmasıdır. İstər heyətinə, istərsə də oyununa görə Portuqaliya digərlərindən çox üstündür. Lakin Portuqaliyanın ən güclü vaxtlarında onlardan xal almışıq. Əhməd Ələsgərovun milliyə rəhbərlik etdiyi dövrdə portuqaliyalılar Bakıdan çətinliklə 1 xal aparmışdılar. Nə qədər çətin olsa da, evdə mübarizə aparıb, xal qazanmaq olar.

Rusiya münasib rəqibdi

Həmişə demişəm ki, Türkiyə və Rusiya yığmalarına qarşı komandamızın oyunu uğurlu alınır. Bizə çox tanış rəqib olduqlarına görə, bu komandalar həmin səbətdə yer alanlardan ən münasib rəqiblər idi. Futbolçularımız Rusiyaya qarşı oyunlara psixoloji cəhətdən yaxşı hazırlaşa bilirlər. Çünki çempionatlarına bələdik, oyunçularını yaxşı tanıyırıq. Bakıda rusları büdrədə bilərik.

İsrail uduzmağı xoşlamayan yığmadı

Bu yığmanın idman xarakteri var. İsrail uduzmağı xoşlamayan yığmadı. Bu ölkənin klubları Avrokuboklarda pis çıxış etmirlər. İsrail bizim üçün çətin rəqiblərdəndir.

Şimali İrlandiya son illər çox inkişaf edib

Karlos Alberto Torresin dövründə Şimali İrlandiya ilə eyni qrupda mübarizə aparmışıq. Lakin indi vəziyyət fəqrlidir. Şimali İrlandiya son illər çox inkişaf edib. Heyətində legionerlərin sayı kifayət qədər çoxdur. Britaniya futbolu oynayırlar. Buna baxmayaraq, Bakıdakı oyunda qələbə qazana bilərik.

Lüksemurqla oyunlara ciddi hazırlaşmalıyıq

Bu günə qədər heç bir yığma ilə oyunlarda 6 xal qazana bilməmişik. Ona görə Lüksemburqla oyunlara ciddi hazırlaşmalıyıq. Yəqin ki, bu qrupda lüksemburqluların da əsas xal ümidləri bizimlə oyunlara bağlıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail