"Bizim bu komandalardan xal almağımız isə təsadüf ola bilər"

31.07.2011 | 4433 dəfə oxunub

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. 

Stadium.Az saytı xəbər verir ki, Diniyev komandamızın altıkomandalı qrupda mübarizə aparacağını xatırladıb.

"Hesab edirəm ki, bu, çox müsbət haldır. Xal ehtiyatımızı artırmaq üçün yaxşı əlverişli qrupa düşmüşük. Təbii ki, Portuqaliya, Rusiya və İsrail milliləri çox güclüdülər. Bu rəqiblərin hazırkı durumunu bizim milli komandanın indiki vəziyyəti ilə müqayisə etmək olmaz. Şimali İrlandiya yığması da güclüdür. Bununla belə, Rusiya və Portuqaliya kimi qorxulu rəqib deyil. Əgər bəximiz gətirsə, bu komandalardan xal götürmək olacaq".

Diniyev komandamızın minimum 5-ci, maksimum isə 4-cü yer uğrunda mübarizə aparacağının mümkün olacağını söyləyib.

"Demirəm ki, Portuqaliya və Rusiya yığmalarından xal almaq mümkün deyil. Ona qalsa, mübarizə aparıb "Barselona"dan xal almaq olar. Hər komanda oyuna 0-0 hesabla başlayır. Deməli, şanslar bərabər olur. Mən demirəm ki, ümumiyyətlə şansımız yoxdur. Reallıq bundan ibarətdir ki, bu komandalar güclüdülər. Bizim bu komandalardan xal almağımız isə təsadüf ola bilər. Belə deyim, hardasa rəqib komandanın oyununun alınmaması, evdə azarkeşlərimizin güclü təzyiqi ,bəxtimizin gətirməsi sayəsində xal ala bilərik. Yəni bu komandalardan gücümüz yox, yalnız təsadüf nəticəsində xal almaq mümkündür".

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail