“Qəbələ”dən sürpriz gözləyin”
"Qəbələ" klubunun baş məşqçisi Toni Adams brifinq keçirib. Stadium.Az saytı xəbər verir ki, ingilis mütəxəssis azərbaycanlı jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
- Komandanızın növbəti mövsümə hazırlığını necə dəyərləndirərdiniz?
- Təkcə London toplanışı yox, ümumiyyətlə, mövsümə 6 həftəlik hazırlıq haqda danışmaq istərdim. Hazırlığın iki həftəsini burada keçirdik. Daha sonra düşündüm ki, keçən mövsümlə müqayisədə daha çox yoxlama oyunları keçirməliyik. Londonda 5 oyun keçirdik. Hər futbolçu mövsüm öncəsi 3,5 oyun keçirmək imkanı əldə etdi. Bir şey də var ki, indi 6 futbolçumuz milli komandaya gedir. Artıq çempionata rahat başlaya bilərik.
- Komandanız mövsümə hazırdırmı?
- Bəli. İngiltərə ilə Azərbaycan arasında saat fərqi böyükdür. 4-cü gün axşam Bakıya, gecə Qəbələyə çatmışıq. Futbolçuları bərpa olunmaq üçün 2 gün vaxt verəcəyik ki, istirahət etsinlər. Saat fərqi futbolçuların istər-istəməz adaptasiya prosesinə təsir edərək, çətinlik yaradır.
- Komandanın qarşısına qoyulan məqsəd nədir və buna çatmaq üçün potensial varmı?
- Düşünürəm ki, bu il məqsədimiz istənilən səviyyədə olmadı ki, çempionluğa oynayaq. Çünki istədiyimiz alternativ futbolçuların hamısı ala bilmədik. Amma avrokubokalara mübarizə aparacağımızı düşünürəm.
- "Qəbələ"də milli futbolçularınızın sayı çoxalıb. Millimizin də həftəiçi tez-tez təlim-məşq toplanışları keçirir. Növbəti toplanış avqustun 1-dən 4-dək Bakıda olacaq. Bunlar gələcəkdə komandanıza problem yaratmayacaq?
- Siz bunu düz deyirsiniz. Mən bunları hazırlıqda nəzərə alıram. Elə "Jalə" turnirində başqa heyətlə çıxmalı olduq. Millinin toplanışını nəzərə alaraq, futbolçulara istirahət verdim. Çünki ağır təlim-məşq toplanışından sonra buna ehtiyacları var. Onlar üçün çətin olmasın deyə, fərqli heyətlə buraxmalı oldum
- Yeri gəlmişkən, növbəti mövsümə son sınaq olan turnirdə sonuncu olmağınıza görə üzülmədiniz?
- Bilirəm ki, ağır təlim-məşq toplanışından sonra əsas heyəti meydana buraxa bilməzdim. 10 gün ağır məşqlər, yol yorğunluğu təsirini göstərdi. Dünənki oyunda 2-ci hissədə rəqibdən daha yaxşı oynadıq. Fikir verdinizsə, biz əsasən əvəzedici heyət, Akademiyamızın futbolçularına şans verdik. Onların oyun praktikasına ehtiyacları var. Düşünürəm ki, buz gün də rəqibdən yaxşı oynadıq. Ancaq nəticə haqda hazırda düşünmürəm. Uduzmağımıza baxmayaraq, komandanın oyunu məni qane etdi.
- Gürcü futbolçulardan kimləri bəyəndiniz?
- Müdafiələrində hündürboy futbolçu xoşuma gəldi. Bizə qol vuran "Spartak"ın 10 nömrəsi də yaxşı futbolçudur. Ancaq indiki heyətimdən razıyam, futbolçular məni qane edir. Bir futbolçu bu gün gələcək, yaxın günlərdə daha bir futbolçu ilə müqavilə bağlayacağımız gözlənilir. Yeni transferlərimizi potensialını görmüşəm və zədələr olmasa, onlar öz sözlərini deyəcəklər.
- Yeni transfer deyəndə, Londona baxışda olan şotlandiyalı qapıçı Qrem Smiti nəzərdə tutursunuz?
- Yox.
- Bəs onun haqda nə qərar verdiniz?
- Qremi bəyəndim. Onu komandamda görmək istərdim. Ancaq hələ müqavilə ilə bağlı razılıq əldə olunmayıb. Qapıçılarımdan razıyam. Pavel Doroşev 1 nömrədir. Anar Nəzirov yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərdi. Elnar Kərimov hələ ötən mövsüm "Gəncə" ilə səfər oyununda Doroşev qırmızı vərəqə alandan sonra meydana çıxaraq, yaxşı oynadı. Qapı xətti ilə bağlı çətinliyim yoxdur.
- Hesab etmirsiniz ki, oyun qurucusuna ehtiyacınız var? Çünki yarımmüdafiənizin mərkəzində dağıdıcı funksiyanı yerinə yetirən oyunçular çıxış edir...
- Yoxlama oyunlarında 8 qol vurduq, 9 top buraxdıq. Əfsuslar olsun ki, ötən mövsümlə müqayisədə çox qol vursaq da, çox da buraxırıq. Düşünürəm ki, seneqallı hücumçumuz Viktor Mendi bu il çempionatının bombardiri olacaq. Braziliyalı Dodo yarımmüdafiəçisi olsa da, çox qol vura bilər. Bir sözlə, sizləri böyük sürprizlər gözləyə bilər.
- Mahir Şükürovun təqdimatını etdiyiniz zamanı onu müdafiənin sağ cinahında oynadacağını demişdiniz. Ancaq onu "Luton Taun" və "Spartak"la yoxlama oyunlarında sağ cinah yarımmüdafiəçisi kimi oynatdınız. Bu dəyişiklik Vurğun Hüseynovun müdafiəyə transfer olunmağı ilə bağlı deyil ki?
- Düzdür, Mahirin mövqeyi müdafiənin sağ cinahıdır. Ancaq yarımmüdafiənin sağ cinahında da yaxşı oynayır. Elə milli komandanız tez-tez bu mövqedə çıxış edir. Ancaq mən heyətdə balans yaratmaq istəyirəm. Nə vaxtsa yarımmüdafiənin sağ cinahına hücumameylli futbolçu tapsam, onda Mahirin yerini dəyişib, müdafiənin sağ cinahına qaytaracağam. O, müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında yaxşı təsir bağışlayır. Hüseynov da müdafiənin sağ cinahında, habelə, mərkəzində yaxşı oynayır. Mən ondan razıyam. Bugünkü gündə Mahir mənim ilk "11-liyim"in futbolçusudur. Təbii ki, onun kapitanı olmağı da nəzərə alırıq. Ancaq bir gecə ilə hər şeyi dəyişmək olmaz. Ötən mövsümdə müqayisədə komandamıza yeni güclü futbolçular gəlib. Gələn mövsüm bundan da güclü transferlərimiz olacaq.
- Siz mövsümə hazırlıq başlayanda, Qəbələyə gəlməyərək, komandanı Londonda qarşıladınız. Deyilənə görə, "Arsenal"da bir yerdə oynadığınız Denis Berqamp kimi təyyarəyə minməkdən qorxursunuz. Əgər səmimi olsanız, belə şey varmı?
- Təyyarə ilə bağlı heç bir problemim yoxdur. Mən hətta bəzi futbolçularla şəxsən görüşmüşəm. Sadəcə, işim çoxdur və baş məşqçi kimi transferlə məşğul oluram, agentlərlə danışmalı olursan. Həqiqətən də işim çox olduğundan, məcburiyyətdən Londonda qalmalı oldum. Ancaq köməkçilər Qari Stivenslə Fahih Kavlaka çox etibar edirəm. Onlar komandanı doğrudan da yaxşı hazırlayıblar. Bundan sonra baş məşqçi hazırlığa qoşulur. Mayda İngiltərədə Azərbaycan haqda çıxışım oldu. Futbolunuz, Qəbələ" klubu haqda həmyerlilərimə geniş məlumat verdim. Bu müddətdə Azərbaycanda olmamağım sırf bununla bağlı idi.
- "İnter" Sloveniyada İngiltərə Premyer Liqasına yeni çıxan "Suonsi" ilə yoxlama oyunu keçirdi. Ancaq siz İngiltərədə ola-ola aşağı divizion təmsilçiləri ilə görüşdünüz. Olmazmı ki, komandanızın real gücün görmək baxımından daha güclü, heç olmasa İngiltərənin I, II divizion təmsilçiləri ilə oynayardınız?
- Oynadığımız rəqiblərin hamısı yaxşı oyun göstərdilər. Onlar öz güclərini göstərdilər.
- Rəqiblərinizdən narazı deyilsiniz?
- Yox. Adətən təlim-məşq toplanışında oynayanda, rəqibin hansı futbolçuları göndərdiyini bilmirsən. Ola bilər ki, 2-ci, lap 19 yaşlılardan ibarət komandasını meydana çıxarsın. Ancaq fakt odur ki, seçdiyimiz komandaların hamısını səviyyəsini bilirdim. Bizimlə 5 oyunun hamısı həqiqətən də yüksək templə keçdi.
- Komandanız yoxlama oyunlarında başla qol vururdu. Yəni ingilislərə ingilissayağı. Bu, sizi sevindirirmi? Bu, həm də onunla izah etmək olar ki, "Qəbələ" bu il atletik futbola üstünlük verəcək?
- "Luton Toun"la görüşdə çox gözəl qollar vurduq. Ancaq komandadan Lyubo Baranin kimi aut atan futbolçun varsa, hava ötürmələrindən istifadə etməlisən.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |