Elvin Məmmədov: "Toplanış mənim üçün bir qədər uğursuz keçdi" - MÜSAHİBƏ

01.08.2011 | 4363 dəfə oxunub

"Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədovun müsahibəsi:

- Elvin, ilk öncə komandanızın Sloveniyada keçirdiyi təlim-məşq toplanışı haqda fikirlərini bilmək istərdik.

- Zədədən yeni çıxdığımdan toplanış mənim üçün bir qədər uğursuz keçdi. Bununla belə, oyunlarda iştirak etdim. Ümumi ab-hava, atmosfer yaxşı idi. Çempionata yaxşı hazırlaşmışıq. Cempionatda keçirəcəyimiz ilk oyundan çox şey asılı olacaq. Əgər yaxşı startla başlasaq, inanıram ki, qələbələrin ardı gələcək. 

- Komandanız bir sıra yeni legioneri heyətinə qatdı. Yeni gələnlərin səviyyəsi səni qane edirmi?

- "Bakı"nın heyətinin 70 faizi dəyişib. Yeni komanda qurulub. Sloveniya toplanışı yeni legionerlərin komandaya uyğunlaşması baxımından da yaxşı oldu. Parksın səviyyəsinə hamımız bələdik. "Xəzər Lənkəran"da oynadığı zaman vurduğu qolları görmüşük. Verpakovskinin də səviyyəsi bəllidir. Hesab edirəm ki, oyundan-oyuna komanda daha da artıracaq.

- Keçən mövsüm "Bakı" üçün uğursuzluqla yadda qaldı. Bu il isə dediyin kimi heyət daha da güclənib. Komandanın yeni mövsümdə qarşısına qoyduğu məqsəd nədir?

- Bu il "Bakı" klubunun məqsədi yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bununla yanaşı təbii ki, "Bakı"nın adına layiq mübarizə apararaq, Avrokuboklara vəsiqə qazanmaq istəyirik.

- Necə düşünürsən "Bakı" üçün çempionatda uğur qazanmaq çətin olmayacaq ki? Çünki digər komandalar da boş dayanmır və heyətlərini gücləndirməklə məşğuldurlar.

- Çempionat uzun bir marafondur. Ona qalsa, keçən il "Muğan" dalbadal 6-7 oyun qalib gəldi. Ona görə indidən bir söz söyləmək doğru olmazdı. "Qəbələ" bir sıra güclü transferlər edib. "Turan"ın özü yeni futbolçularla güclənib. Həmin futbolçular bir az yaşlı olsalar da, hamısı çox təcrübəli və bir vaxtlar milli komandanın formasını geyinən uşaqlardır. Fikrimcə, "Turan" çox komandanın başını ağrıdacaq. Bu il çempionatın daha maraqlı olacağı fikrindəyəm.

- Bu il də Azərbaycan klubları üçün Avropada uğursuzluq oldu. Bunları necə dəyərləndirirsən?

AZAL növbəti mərhələyə keçməli idi. Mən "Minsk"in "Qaziantepspor"la oyununu izlədiyim. Belorusiya təmsilçisi "Qaziantepspor"dan daha güclü oynadı. AZAL isə "Minsk"dən güclü və növbəti mərhələyə keçməyə layiq idi.

"Xəzər Lənkəran"ın rəqibi isə çox güclü komanda idi. Bu reallığı qəbul etmək lazımdır ki, istər Zaqreb "Dinamo"su, istərsə də "Makkabi" bizdən səviyyəcə xeyli güclüdürlər. Onlar sırf Avropa futbolu oynayırlar. Bu klubları keçmək üçün köklü işlər getməlidir. Həmin komandalar mərhələ keçmək üçün böyük sərmayə qoyurlar. 3-4 legioner almaqla qrup mərhələsinə düşmək olmaz. Bu komandalar illərlə işləyirlər və sonra bu işlərin bəhrəsini görürlər.

"Qarabağ"a gəlincə,  mənim sabiq komandam olub. Düzdür, səfərdə "Brügge"yə böyükhesablı məğlub oldular. Amma düşünürəm ki,  Bakıda adlarına uyğun oynayıb, qələbə qazana biləcəklər.

- Səncə "Brügge"yə böyükhesablı məğlubiyyətin səbəbi nə oldu?

- Rəşad Sadiqovun yoxluğu öz sözünü dedi. Biz Sloveniyadan gələndə İstanbulda "Qarabağ"lı futbolçularla görüşdük. Dedilər ki, 70-ci dəqiqəyə kimi normal oynadıq. Qol buraxdıqdan sonra isə komandada ruh düşkünlüyü yaranıb. Ümumiyyətlə, qapımızda qol gördükdən sonra həvəsdən düşməyimiz Azərbaycan futbolunun ən yaralı yeridir.

- "Brügge" ilə matçda Elvin Məmmədovun yeri görsəndimi?

- Mən onu deyə bilmərəm axı. Onu siz jurnalistlər və futbol adamları deyə bilərsiniz. Baş məşqçi Qurban müəllim deyə bilər ki, mən orada lazım, idim, ya yox? Mən bunu heç zaman söyləyə bilmərəm. Bu özündənrazılıq, təkəbbürlülük olar. Deməli, belə məsləhət imiş ki, orda olmamışam.

- Dünən 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının püşkatması keçirildi. Yəqin ki, rəqiblərimiz barəsində məlumatın var...

- Həmişəki kimi çətin qrupa düşmüşük. Biz hələ o səviyyədə deyilik ki, kiməsə zəif deyək. Çünki hələ komanda olaraq özümüzü sübut edə bilməmişik. Hesab edirəm ki, çətin qrupdu. Portuqaliya və Rusiya yığmalarının güclərinə bələdik. Rusiya ilə evdə oynayıb xal almışıq. Fikrimcə, yenə bunu edə bilərik. İsrail də pis komanda deyil. Şimali İrlandiya və Lüksemburqla evdə və səfərdə oynamaq olar. Zaman göstərəcək. Bu futboldur. Elə ola bilər ki, evdəki butun oyunlarını udaraq qrup ikinciliyinə qədər yüksələ də bilərsən.

rnrnrnrn

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail