Böyükağa Hacıyev: "Komandanın bütün hazırlığını özüm edirəm, buna görə də yoruluram"

31.08.2014 | 3621 dəfə oxunub

Premyer Liqasının 4-cü turunda “Neftçi” öz meydanında “Simurq”u məğlub edərək zaqatalalıların məğlubiyyətsiz və “quru” oyunlar seriyasına son qoydu – 2:1. Stadium.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi  Böyükağa Hacıyev oyinu belə dəyərləndirdi : “Oyunun ağır keçəcəyini bilirdik. 3 gün öncə Avropa Liqasında “Partizan”la qarşılaşdıq və məğlub olduq. Bu tura qədər “Simurq”dan başqa bütün komandalar məğlub olmuşdu. “Simurq”un oyunöncəsi köklənməsi yaxşı idi. Komandamız vaxtında qolları vurdu, sağ olsunlar. Belə bir vaxtda 3 xal qazandığımız üçün şükürlər olsun. Bu gündən istəyirəm hər bir futbolçumuzun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar. Cinahdan gələn ötürmələr üzərində çox çalışırıq. Müdafiəçilər topa ayaq atanda çox diqqətli olmalıdırlar. Futbolda avtoqollar da olur. Bruno Bertuççi müalicə olunmaq üçün düşərgədən gedib. Məqsəd İsayev bu gün onun yoxluğunu unutdurdu. O, gəncdir, futbolçu kimi hələ yetişir, gələcəkdə ən yaxşılardan biri olacaq. Komandanın bütün hazırlığını özüm edirəm, buna görə də yoruluram. Bu səbəbdən fiziki hazırlıq üzrə məşqçini komandaya cəlb etmişik. Savadlı mütəxəssisdir, yaxşı işləyir. Mirkamil Həşimli bundan sonra əsas komandada oynayacaq. Cavid İmamverdiyev klubdan ayrılıb. Artıq insayd mövqeyinde Mirkamilə şans verəcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail