“Seçim arasında qalsam, Azərbaycana yox, Rusiya yığmasına üstünlük verəcəm”

01.08.2011 | 4147 dəfə oxunub

"Məni Azərbaycan yığmasının məşqçilərinə məsləhət görüblər. Onlar keçirdikləri təlim-məşq toplanışında komandanın potensial yeni futbolçularını nəzərdən keçirirdilər. Bu toplanışa gələn 22 futbolçudan yığmaya yalnız mən düşdüm". Stadium.az saytı xəbər verir ki, bu fikirləri Rusiyanın "Anji" klubunun futbolçusu Eldar Cankişiyev deyib. 

Azərbaycanın 19 yaşlılardan ibarət yığmasında sınanan yarımmüdafiəçi gördüklərindən razı qalıb: "Mən bundan sonra Azərbaycan yığması ilə daha bir toplanış keçdim. Birincisi İtaliyada oldu. Ancaq biz orada yalnız məşq etdik, oyun keçirmədik. İkinci toplanışımız Almaniyada keçdi. Orada "Nyunberq"lə və bir də 3-cü Bundesliqa təmsilçisi ilə oynadıq. Ancaq təəssüf ki, onun adını xatırlamıram. Azərbaycan yığmasında hər şey normal idi. Əlbəttə, bu, yeniyetmə yığma olsa da, faydalıdır. Bu, böyük təcrübədir. Biz hər 2 oyunu bizdən yaşda böyük futbolçularla keçirdik. Düzdür, sonra toplanışa məni çağırmadılar. Bunun səbəbini bilmirəm. Baş məşqçi məni yenidən çağıracağına söz vermişdi". 

Eldar Dağıstandan olan həmyerlisi, "Anji"nin sabiq futbolçusu Narvik Sirxayevin aqibəti ilə üzləşəm istəmir. Narvik vaxtilə milli komandamıza çağırılıb, parladıqdan sonra Rusiya yığmasının diqqət mərkəzinə düşsə də, artıq orada oynaya bilməzdi. Ancaq Sirxayev millimizə daha gəlməməyi da lazım bildi. 

Belə olan halda, 17 yaşlı Cankişiyevdən tələsik qərar verməməklə bağlı soruşublar: "Mən Azərbaycan yığmasında oynamağından asılı olmayaraq, Rusiya millisinə düşmək şansını saxlayıram. Əlbəttə, məni ora çağırsalar. Əgər rəsmi oyunlarda çıxış etsəydim, belə imkanım olmazdı. Mən isə Azərbaycan yığmasının heyətində yoldaşlıq görüşlərində meydana çıxmışam. Bu 2 yığma arasında seçim etmək imkanım olsa, əlbəttə, Rusiya yığmasına üstünlük verərəm. Ancaq sadəcə, məni bu yığma hələ heç kim çağırmayıb".

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail