Böyükağa Hacıyev "Neftçi"dən getdi

03.09.2014 | 3611 dəfə oxunub

Bu gün “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” PFK-nın prezidenti öz növbəsində onun istefasını qəbul edib.

Klubun adından Böyükağa Hacıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Təcrübəli mütəxəssis istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim.

Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail