Branimir Subaşic: "Əsas odur ki, millimizin qələbəsi evdə çox olsun"

02.08.2011 | 6762 dəfə oxunub

Bir neçə gün öncə DÇ-2014-ün püşkatması keçirildi. Püşkatma zamanı rəqiblərimizin adlarına aydınlıq gəldi. Qrupumuza düşən millilərin hamısı ilə bugünə kimi qarşılaşmışıq. 

Stadium.Az saytı xəbər verir ki, millimizin sabiq üzvü, ötən mövsüm "Qəbələ"nin formasını geyinən hazırda isə klubsuz olan Branimir Subaşiç püşkatmanı dəyərləndirib:"Millinin rəqiblərini dəyərləndirərkən, hansı rəqibin asan, hansının güclü olduğunu söyləmək çətindir. Çünki hazırda zəif rəqib anlayışı yoxdur. Hər bir komanda inkişafdadır. Ancaq fikrimcə orada bəzi millilər var ki, onlarla başa-baş mübarizə aparıb xal qazanmaq olar. Əsas odur ki, millimizin qələbəsi evdə çox olsun, gücümüz də çatsa, səfərdən xal gətirək. Fikrimcə milli qarşıdaki tsikldə daha uğurlu çıxış edəcək".

Futbolçu millidən təklif gələcəyi halda, həmin görüşlərdə də oynaya biləcəyini söylədi: "Təbii ki, həmin matçların start götürməsinə hələ çox var. O vaxta kimi tam hazır vəziyyətdə olmaq istəyirəm. Yaxşı formada olsam və millidən də təklif gələrsə, yenidən millinin şərəfini qorumaq istəyərdim".

AVRO-2008-in seçmə mərhələsində Portuqaliyaya qarşı forma geyinən futbolçu həmin matçı xatırlayaraq, hazırki millinin həminkindən zəif olduğunu dedi: "O vaxt bizim qrupumuza da zəif rəqiblər düşməmişdi. Portuqaliya millisi ilə oyunlari da çox yaxşı xatırlayıram. Portuqaliya ilə oyundan öncə Polşaya qol vurmuşdum və özümə güvənim daha da artmışdı. Oyuna da pis başlamamışdıq. Ancaq onlar 10 dəqiqədən sonra qollarını vurdular. İlk hissəni də 2:0 qalib tamamlamışdılar. Həmin görüşün böyük hissəsini meydançada on nəfərlə mübarizə apardıq. Mənim də qol vurmaq üçün imkanım olmuşdu. Yaxşı oynasaq da, məğlub olmuşduq".

DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində is səfərdə Rusiya millisinə qarşı oynayan Subaşiç həmin matçı da xatırladı: "Bəli, bu görüş də mənə çox yaxşı tanışdır. Rusiyaya qarşı layiqli mübarizə apara bilmişdik. İlk yarıda meydançada oldum və qol vurmaq üçün əlimdən gələni etdim. Bu qarşılaşma da məğlub olmağımıza baxmayaraq, məncə Rusiya kimi milliyə qarşı sonacan döyüşkən mübarizə apara bilmişdik".

Sonda isə serb əsilli futbolçu millimizə uğurlar arzuladı: "Milliyə qarşıdaki tsikldə uğurlar arzulayıram. Qarşıdaki tsikldə daha çox xal toplamalarını arzu edirəm".

Premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail