"Futbol inkişafının əsasında uşaqlarla iş durur" - MÜSAHİBƏ

07.09.2014 | 2874 dəfə oxunub

AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara əsasən Premyer Liqada çıxış edən klublara AFFA tərəfindən yeni idman direktorları təyin edildi. Stadium.Az xəbər verir ki, 10 fərqli ölkədə iş təcrübəsi olan almaniyalı mütəxəssis Torsten Spittler “Bakı”ya təyinat aldı.

Onun klubun rəsmi saytına müsahibəsini təqdim edirik:


- 3 aydır ki, yeni işə başlamısınız. İlk öncə bu münasibətlə sizi təbrik edirik.Özünüz barədə məlumat verərdiniz?
- Təşəkkür edirəm. Mən Almaniyanın Münhen vilayətindənəm. Orada mövcud olan bütün məşqçi lisenziyalarına yiyələnmişəm. UEFA Pro lisenziyam var. Münhen Universitetində İdman təhsili almışam, məşqçi kimi işə “Münhen 1860” komandasında başlamışam. Daha sonra Almaniya Futbol Federasiyasında məşqçilərlə bağlı işlərdə çalışmışam. Aşağı yaş qrupları üzrə milli komandalara Bavariya əyaləti üzrə oyunçuların seçimi ilə məşğul olmuşam. Uzun illər federasiyanın xətti ilə ölkə xaricində çalışmışam. Bəzilərində məşqçi, bəzilərində texniki direktor və gənclər komandalarına cavabdeh kimi işləmişəm. Həmçinin Nepal və Malayziya millilərində çalışmışam.

- Klubla bağlı hansı fəaliyyət planınız var?
- Ümumilikdə burada görəcəyimiz işlər çoxdur. Uşaq və gənclər üçün təlimlərdə iştirak edərək məşqlərin keyfiyyətini artırmalıyıq. Məşqçilərin savadlarının artırılması məqsədi ilə müəyyən işlər görüləcək. Onlara müxtəlif seminarlar keçəcəyik. Son illər dünya futbolunda bir sıra dəyişikliklər olub. Futbolu inkişaf etdirmək istəyən ölkələr əsasən Almaniya, Hollandiya və İspaniya modellərindən yararlanır. Bilirsiniz, mən almanam. Təbii ki, o mühitdə böyüdüyüm üçün daha çox alman futbol modelinə üstünlük verirəm. Hamımız Almaniyanın dünya çempionu olmasını gördük. Bu nəticəni əldə etmək üçün təxminən 15 il vaxt sərf olunub. Futbol inkişafının əsasında uşaqlarla iş durur.

- Müəyyən müddətdir ki Azərbaycandasınız. Bizim futbolçuları iş başında izləmisiniz. Məşqçi kimi onların texniki və taktiki hazırlığı size qane edirmi?
- Ötən mövsümün sonundan etibarən U-17-dən U-11-ə kimi bütün komandalarla tanış oldum. Müəyyən oyunları izlədim. Nəinki “Bakı” futbol klubunda ümumilikdə, Azərbaycanda futbolçuların səviyyəsi çox aşağıdır. Bu o demək deyil ki, azərbaycanlı uşaqların istedadı yoxdur. Hazırkı durum son illər ölkədəki futbol məşqçilərinin səriştəsizliyinin nəticəsidir. İşlər ya aşağı səviyyədə qurulub, ya da ümumiyyətlə qurulmayıb. Əgər kimsə metodiki cəhətdən səhv işləriysə, bu sonunda futbolçunun oyununda öz əksini tapır. Futbolçu nə edəcəyini bilmir. Məşq və oyun zamanı etdiklərini nəticə olaraq görməyən futbolçu səviyyəsini artıra bilmir. Buna görə tək mən yox, mənim kimi bir çox ekspertlər Hollandiya və Almaniyadan dəvət olunublar. Təlim-məşq və metodiki işlərin keyfiyyətini artırmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail