Azərbaycanlı futbolçu İspaniya La Liqasında oynayacaq

07.09.2014 | 5772 dəfə oxunub

Azərbaycan əsilli futbolçu Eddi İsrafilov karyerasını İspaniya La Liqasında davam etdirəcək. Stadium.az xəbər verir ki, "Mursiya"ın üzvü "Qranada"ya keçib. 

Belə ki, "Mursiya" yarımmüdafiəçini La Liqa klubuna icarəyə verib. Eddinin müqaviləsində xüsusi bənd var. Belə ki, klub ondan razı qalsa, mövsümün sonunda 5 illik müqavilə imzalanacaq.

AFFA ötən il Eddini millimizin mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət etmişdi. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmişdi O, bununla əlaqədar yığmamızın Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi. Daha sonra AFFA İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirsə də, onlar yarımmüdafiəçinin İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan yığmasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro pul istəmişdi. Lakin AFFA şərti qəbul etməmişdi. 

Tam adı Eddi Silvestr Paskual İsrafilov olan futbolçunun anası (Elnarə İsrafilova) azərbaycanlı, atası (Dominqo Paskual) toqoludu və o, İspaniyanın Roquetas de Mar şəhərində dünyaya gəlib. 13 yaşında İtaliyanın "Milan" klubunda futbolun sirrlərini öyrənməyə başlayan yarımmüdafiəçi daha sonra İspaniyanın "La Moyonera", "Poli Eyido" və "Mursiya"nın futbol məktəbini keçib. O, 2011/12 mövsümündə "Mursiya"nın B komandasında çıxış edib. 2011-ci ildə A komandasına yüksələn futbolçu Sequnda klubunda 55 oyun keçirib və 2 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail