Biz sənə əsəbiləşirik, sən kimə əsəbiləşirsən, Foqts?! - YAZI

10.09.2014 | 6234 dəfə oxunub

Budurmu AÇ-2016-nın final mərhələsinə çıxmağı hədəfləyən millimiz?! Bu oyunla?! Əgər buna oyun demək mümkünsə! 90 dəqiqə boyunca səviyəsiz oyun göstərən yığmamız məğlubiyyətə layiq idi. Belə bərbad oyunla bir xal belə bizə haramdı.

Əslində, komandamızın heyətində lazımsız oyunçular çoxdu. Bizə Ufuk Budak, Dmitri Nazarov, Rüfət Dadaşov kimi futbolçular lazım deyil. 90 dəqiqə ərzində meydanda olan Dadaşov sanki bir ruh olub gizlənmişdi. Oyunboyu onu meydanda görməyə çalışdım, lakin görə bilmədim. İlk hissədən sonra əvəzlənəcəyini gösləsəm də, bu da baş tutmadı. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır!

Təbii ki, burda fələk Foqtsdu. Meydana buraxdığı futbolçularla bizləri "heyran" edən Berti əkənin nə düşündüyünübaşa düşmürəm. Alman məşqçinin Rüfət Dadaşovu nəyə görə sonadək meydanda saxlamasını anlamıram. Yəqin, Foqts bizdən fərqli olaraq, onun fəal oynadığını görüb. Məhz bu üzdən də sözügedən futbolçu sonadək meydanda qalaraq, komandası üçün "tər töküb"!

Birinci yarıda düzəməlli hücum etməyən yığma komandamız, eyni ssenarini ikinci yarıda da nümayiş etdirib. 54-cü dəqiqədə Nazarovun vurduğu qol isə sadəcə bir şans idi. 90 dəqiqə ərzində qapıya bir dəqiq zərbə endirə bildik ki, o da xoşbəxtlikdən qolla nəticələndi.

Hesab bərabərləşdikdən sonra AÇ-2016-ya iddialı olan Foqtsun yetirmələrinin fəallaşacağını gözləyirdik. Ancaq əksinə oldu, bolqarlar qələbə topunu vurmaq üçün yenidən irəli atıldı. Rəqib komandanın həmlələri axır-əvvəl nəticəsini verməli idi. Nəhayət, 87-ci dəqiqədə Bolqarıstan seçməsi yenidən önə keçdi. Bununla, AÇ-2016-nın final mərhələsini hədəfləyən millimiz uduzdu.

Bizim yığma ilə davamız udub-uduzmaqdan getmir. Uduzursansa, kişi kimi uduzacaqsan, meydanda canını qoyacaqsan, son nəfəsinə kimi vuruşacaqsan. Yalnız belə olan halda, nəticədən asılı olmayaraq, yığmanı alqışlayarıq. Ancaq millimizdən bu fədakarlığı görmədik.

Hələ oyunsonrası təşkil olunan mətbuat konfransından danışmıram. Jurnalistlərin suallarını cavablandırmağa borclu olan "dahi məşqçi" Foqts, Rüfət Dadaşovla bağlı verilən suala almanca cavab verir, utanmaz-utanmaz əsəbiləşərək, zalı yarımçıq tərk edir. Biz sənə əsəbiləşirik, sən kimə əsəbiləşirsən, Foqts?!

İnanıram ki, tez bir zamanda Foqts bəlasından qurtulacağıq. Artıq azarkeşlərimiz də bu almandan iyrənib. Bu günkü oyunda növbəti "istefa" şüarları buna nümunədi.

AFFA, heç olmasa azarkeşlərimizi yığma komandamızdan iyrəndirməyin! Axı milli bizim qürur mənbəyimizdi!


ELVİN RÜSTƏMOV



  #1   Adınız: cosqun;   E-mail: [email protected]

10.09.2014 01:35

artig fokusun,gedmey vaxtidir.artig bestir alman mawini bizim bezinmizi goye ucurdu.bir komanda da qalasan 6 il de bir netice vermeyesen,mence orda qalmagin hecbir menasi yoxdur.neqeder affada Yigamanin duwmenleri ve affanin clear wanpunari var fokusda var.!!! men artig millinin oyunlarna gedmeyecem.!!!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail