Bernhart Lippert: "U-21-də əsas komandaya layiq futbolçular yenə var"

10.09.2014 | 2561 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Portuqaliya – Azərbaycan oyunundan sonra (3:1) yığmamızın baş məşqçisi Bernhard Lippert oyun haqda danışıb. Stadium.Az alman mütəxəssisin fikirlərini təqdim edir:

“Xüsusilə, ikinci hissədə nümayiş etdirdiyi futbola görə komandaya təşəkkür düşür. Çox güclü rəqibə qarşı 82-ci dəqiqəyə qədər bərabər səviyyədə oynaya bildik. Uşaqlar əllərindən gələni etdilər. Əlbəttə, əsas milliyə gedən beş futbolçunun olmaması özünü göstərdi. Son iki matçda futbolçuların oyunu, mübarizə əzmi, əzmkarlığı qarşısında deməyə söz tapmıram.

Portuqaliyalı həmkarım da oyundan sonra mənə yaxınlaşıb burada ən güclü müqavimət göstərən komandanın Azərbaycan yığması olduğunu bildirdi. Hakimlik barədə danışmağı xoşlamıram, lakin referi bizim buradan xalla qayıtmamağımız üçün əlindən gələni elədi. Çoxlu şübhəli qərarlar verdi. Nədənsə, şübhəli qərarlar ancaq bizim əleyhimizə olurdu. Onu da deyim ki, U-21-də əsas komandaya layiq futbolçular yenə var”.


affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail