Vaqif Cavadov: "Foqtsun fikirlərinə müdaxilə etmək istəmirəm"

10.09.2014 | 4302 dəfə oxunub

Millimizin aparıcı üzvü Vaqif Cavadov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana 1:2 hesabı ilə uduzduqları oyun haqda danışıb. Stadium.Az xəbər verir ki, ilk hissədən sonra əvəzlənən futbolçu, jurnalistlərin suallarını cavablandırıb.


- Komandamız niyə uduzdu?
- Sona qədər mübarizə apardıq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Ancaq yenə son dəqiqədə qol buraxdıq. Məncə, yaxşı oyun nümayiş etdirdik. Bilmirəm, nədənsə nəticə qazana bilmədik. Hesab 1:1 olsaydı, bunu yaxşı nəticə saymaq olardı. Stadionun ot örtüyü də yaxşı deyildi. Bu da oyunumuza təsir etdi. Ancaq məğlubiyyətə bunu bəhanə gətirmirik.

- Öz oyununu bəyəndin?
- Bilirsiniz ki, öz oyunumu heç vaxt analiz etmirəm.

- Hesab 1:1 olduqdan sonra nəticəni qorumağa çalışırdınız?
- Komandamız qələbə qazanmaq üçün hər şey edirdi. Meydança bərbad vəziyyətdə olduğu üçün ikiqat güc sərf etməli olurduq. Ancaq məlubiyyətdə günahkar özümüzük. Hər iki qolda kobud səhvə yol verdik. Konkret kimisə günahlandırmaq olmaz. Yəqin ki, sabah hər kəs öz oyununu analiz edəcək. Ümumiyyətlə biz yaxşı oynadıq.

- Məğlubiyyətdə kimi günahlandırmaq olar?
- Biz komanda şəkildə mübarizə aparırıq. Qələbə də futbolçuların adına yazılır, məğlubiyyət də. 90-cı dəqiqədə qol buraxmağımız çox pis oldu. Çünki hesabı bərabərləşdirmək üçün vaxtımız qalmadı. Həmişə 90-cı dəqiqədə qol buraxırıq.

- Türkiyə klubuna transfer olunduqdan sonra oyununda fərq hiss edirsən?
- Xeyr.

- Baş məşqçi Berti Foqts 70 dəqiqədən sonra futolçularının yorulduğunu dedi. Fiziki cəhətdən oyuna hazır deyildiniz?
- Bunu baş məşqçi deyib. Mən sizə futbolçu kimi cavab verirəm. Foqtsun fikirlərinə müdaxilə etmək istəmirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail