“Foqtsu məni yığmaya çağırmağa məcbur edəcəyəm”

02.08.2011 | 4857 dəfə oxunub

"Sloveniyada yaxşı toplanış keçdik. Həm zəif, həm də güclü komandalarla qüvvəmizi sınadıq. İngiltərə Premyer Liqasının debütantı "Suonsi" ilə görüşdə fərqli təcrübə qazandıq. İnanıram ki, Sloveniya hazırlığı bizə birinci dövrə boyunca kömək olacaq". Stadium.Az saytı xəbər verir ki, bu sözləri Bakının "İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədov deyib.

Məmmədov Sloveniya toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərinin hamısında forma geyinib. O, Premyer Liqa oyunları zamanı da əsas heyət üzvü olacağına inanır: "Baş məşqçi Kaxaber Sxadadze ilə aramızda heç bir problem yoxdur. Özümü Premyer Liqaya hazır sayıram. Yoxlama oyunlarındakı futbolumdan razı qalıb. İnanıram ki, Premyer Liqada da mütəmadi çıxış etmək şansı qazanacağam. Əlbəttə ki, hazırlıq matçlarındakı oyunuma arxalanmıram. Əgər, yaxşı formada olduğuma güvənib, hazırlıqlara səthi yanaşsam, bu mənim əleyhimə işləyəcək".

Məmmədov "İnter"lə yanaşı, Azərbaycan millisinin də əsas futbolçusuna çevrilmək niyyətindədir: "Aşağı yaş qrupları üzrə bütün milli komandalarda oynamışam. Məqsədim əsas milliyə çağırılmaqdır. Bunun üçün ilk növbədə öz klubumda normal futbol nümayiş etdirməliyəm. İnanıram ki, öz oyunumla Foqtsu məni yığmaya çağırmağa məcbur edəcəyəm. Foqts zaman-zaman gənc futbolçulara güvənib. Ona görə də millinin formasını geyinəcəyimə ümidvaram".

Asif Məmmədov "İnter"dən başqa "Xəzər Lənkəran" və "Standard"ın da uğurları üçün çalışıb.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail