"Qəbələ" ən çox qol vurduğu rəqibə qarşı

11.09.2014 | 3401 dəfə oxunub

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra “Qəbələ” ilk oyununu səfərdə keçirəcək. Stadium.Az xəbər verir ki, Dorinel Muntyanunun yetirmələri Premyer Liqanın V turunda “Simurq”un qonağı olacaq.

Zaqatala təmsilçisi “Qəbələ”nin tarixi ərzində ən çox qol vurduğu komandadır. Belə ki, “qırmızı-qaralar” bu rəqiblə oyunlarda 28 top vurub. Komanda heç bir başqa komandaya bu qədər qol vura bilməyib. Bu həftə baş tutacaq görüşdə “Qəbələ” ən azı 2 qol vursa, ikinci top bu duellərdə yubiley xarakteri daşıyıb, 30-cu olacaq.

Görüşdə vurulacaq ilk top isə “Qəbələ” – “Simurq” duellərində 50-ci top kimi tarixə düşəcək. Çünki arxada qalan matçlarda “qırmızı-qaralar” 28, rəqibi 21 dəfə fərqlənib. Səfərdə oynayacaq komandanın 28 topundan biri zaqatalalıların avtoqoludusa, digər 27 topa 24 oyunçu imza atıb. Yalnız üç futbolçu - Deon Barton, Daniel Subotiç və Kristian Torres hərəyə 2 dəfə fərqlənib. Sonuncu iki matçda, digərləri isə bir oyunda qollarını “Simurq”un qapısından keçirib.

Vurulan 49 qol rəqiblərin 26 qarşılaşmasında qeydə alınıb. İlk dəfə 2006-cı ildə I dəstədə üz-üzə gələn komandalar aşağı divizionda iki, Azərbaycan kubokunda 2, Premyer Liqada 22 dəfə görüşüb. Top fərqində olduğu kimi qələbə sayında da üstünlük “Qəbələ”dədir. “Qırmızı-qaralar” 11 dəfə qalib gəlibsə, 7 heç-heçə edib və 8 dəfə uduzub. “Simurq” son 4 qarşılaşmada qələbəyə həsrət qalıb. Zaqataladakı son iki duel isə qolsuz bərabərliklə nəticələnib.

2005/06. Birinci dəstə
05.10.2005. Göy-Göl (Xanlar) - Simurq (Zaqatala) - 2:0
Oleq Osadçi, 56, Rövşən Əhmədov, 58
2005/06. Birinci dəstə
01.03.2006. Simurq (Zaqatala) - Gilan (Xanlar) - 1:3
Ramin Nəsibov, 56-p. - Rövşən Vəliyev, 45+1, Rəşad Yusubov, 72-p., Əli Abışov, 76
2006/07. Premyer Liqa
23.10.2006. Gilan (Qəbələ) - Simurq (Zaqatala) - 1:2
Rəhman Əzizov, 65 - Elnur Məmmədov, 2, Ramin Nəsibov, 75
2006/07. Premyer Liqa.
07.04.2007. Simurq (Zaqatala) - Gilan (Qəbələ) - 3:1
Ramin Nəsibov, 50, 59, Aqşin Ömərov, 52 - Vitali Balamestnı, 28
2007/08. Premyer Liqa.
15.09.2007. Simurq (Zaqatala) - Qəbələ - 2:0
Ramil Sayadov, 21, Andrey Danayev, 67
2007/08. Azərbaycan kuboku, 1/8 final
24.10.2007. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Abdulkader Öz, 9
2007/08. Azərbaycan kuboku, 1/8 final
31.10.2007. Simurq (Zaqatala) - Qəbələ - 2:1
Samir Musayev, 79, Aleksandr Malıgin, 90+4 - Abdulkader Kamara, 76,
2007/08. Premyer Liqa.
27.04.2008. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Şəhruz Mustafayev, 63
2008/09. Premyer Liqa.
23.11.2008. Qəbələ - Simurq (Zaqatala) - 0:0
2008/09. Premyer Liqa.
11.05.2009. Simurq (Zaqatala) - Qəbələ - 1:0
Vladimir Mazyar, 84
2009/10. Premyer Liqa.
16.08.2009. Qəbələ - Simurq (Zaqatala) - 2:1
Kənan Kərimov, 11; İqor Melnik, 23 - Sergey Artyux, 34
2009/10. Premyer Liqa.
28.11.2009. Simurq (Zaqatala) - Qəbələ - 1:1
Elşən Məmmədov, 47 - Aleksandr Malıgin, 86 (ö.q.)
2010/11. Premyer Liqa.
01.10.2010. Simurq (Zaqatala) - Qəbələ - 0:2
Saşa Yunisoğlu, 14; Terri Kuk, 85
2010/11. Premyer Liqa.
27.11.2010. Qəbələ - Simurq (Zaqatala) - 4:0
Deon Barton, 30 (p.); 61 (p.); Kristian Torres, 55; Arif İsayev, 90
2010/11. Premyer Liqa.
17.04.2011. Qəbələ - Simurq (Zaqatala) - 3:0
Milan Antiç, 34; Lyuba Baranin, 55; Kristian Torres, 88
2010/11. Premyer Liqa.
30.04.2011. Simurq (Zaqatala) - Qəbələ - 0:0
2011/12. Premyer Liqa.
29.10.2011. Qəbələ - Simurq (Zaqatala) - 0:2
Yevgeni Şmakov, 40; Robertas Poşkus, 59
2011/12. Premyer Liqa.
16.02.2012. Simurq (Zaqatal) - Qəbələ - 0:1
Viktor Mendi , 81
2012/13. Premyer Liqa.
04.08.2012. Simurq (Zaqatala) - Qəbələ - 1:1
İlkin Qırtımov, 66 – Dejan Kelhar, 15
2012/13. Premyer Liqa.
16.12.2012. Qəbələ - Simurq (Zaqatala) - 0:1
Mario Bojiç, 77
2012/13. Premyer Liqa.
05.04.2013. Qəbələ - Simurq (Zaqatala) - 1:1
Rodriges Assis, 54 - Tomislav Buşiç, 90
2012/13. Premyer Liqa.
03.05.2013. Simurq (Zaqatala) - Qəbələ - 2:0
Nicat Qurbanov. 54; 68
2013/14. Premyer Liqa.
29.09.2013. Simurq (Zaqatala) - Qəbələ - 0:0
2013/14. Premyer Liqa.
08.12.2013. Qəbələ - Simurq (Zaqatala) - 2:1
Daniel Subotiç, 52; 90+3 - Amit Quluzadə, 65 (öz qapısına)
2013/14. Premyer Liqa.
28.02.2014. Simurq (Zaqatala) - Qəbələ - 0:0
2013/14. Premyer Liqa.
27.04.2014. Qəbələ - Simurq (Zaqatala) - 1:0
Luis Paulo Hilario, 57



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail