Berti Foqts sözünün üstündən qaçdı - MÜSAHİBƏ

02.08.2011 | 6295 dəfə oxunub

rnBu gün Azərbaycan yığmasının açıq məşqi keçirilib. Stadium.az saytı xəbər verir ki, milli komandamızın baş məşqçisi Berti Foqts məşqdə jurnalistlərin suallarını cavablandırıb

- Hazırlıq haqda nə deyə bilərsiniz?
- Dünən axşam və bu gün səhər məşqləri izləmişəm. Buna əsasən deyə bilərəm ki, ümumilikdə razıyam. Futbolçular belə isti hava şəraitində çalışmaları məni razı salır.

- Avqustun 10-da Makedoniya ilə yoldaşlıq görüşündən nə gözləyirsiniz?
- Həmin oyunda müəyyən testləri həyata keçirəcəyəm. Həmin görüş bizim üçün rəsmi oyunlar öncəsi yaxşı bir sınaqdır. Çünki Makedoniya ilə oyundan sonra dalbadal 3 ev oyunumuz var və bunlara ciddi hazırlaşırıq.

- Bu sınaqlar taktiki ilə bağlı olacaq?
- Yox. Taktiki gedişləri klublarda edirlər. Biz müəyyən testləri yerinə yetirəcəyik.

- DÇ-2014-ün seçmə mərhələsində püşkü necə dəyərləndirərdiniz?
- Çox maraqlı qrupa düşmüşük. Portuqaliya yığmasında Ronaldo, Nani kimi ulduz futbolçular oynayır. Onlarla qarşılaşmaq gənc komandamız üçün yaxşı təcrübə olacaq. Portuqaliya ilə oyunlar bu baxımdan müəyyən əhəmiyyət kəsb edir. Rusiya yığması ilə vaxtilə bir seçmə mərhələdə düşdüyümüzdən, necə oynadıqlarını bilirik. İsrail yığması texnikalı futbolu ilə seçilir. Şimali İrlandiya millisi aqressiv oynayır. Lüksemburq yığması ilə görüşdüyümüzdən, onun haqda da məlumatımız var. Portuqaliya və Rusiya yığması bu qrupun favoritidir, Azərbaycan yığması yox. İsrail yığmasını da hesabdan silmək olmaz.

- Rusiya mətbuatında "Azərbaycan yığmasının dünya çempionatının çıxmaq şansı yoxdur" fikriniz yer alıb...
- Mən heç kimə belə bir açıqlama verməmişəm.

- Braziliyada atılan püşkdən sonra mətbuata danışmamısınız?
- Yox. Ümumiyyətlə, orada heç bir görüşüm olmayıb. Braziliyadan bura 19 saatlıq yol qət etmişəm.

- Almaniyanın "Frayburq" klubundan dəvət etdiyiniz Ufuk Budakı sizə həmyerliniz, 21 yaşlılardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert məsləhət görüb?
- Yox. Məni mayda U-21-in Moldova ilə yoldaşlıq görüşündə görmüşəm. Onun oyunu çox xoşuma gəldi. Sonradan Almaniyada olduğum müddətdə çıxış etdiyi "Frayburq"un baş məşqçisi ilə görüşdüm. O, mənə Ufuk haqda lazımı məlumatlar verdi. Düzdür, Budak hələ gəncdir və əsas yığmaya hazır deyil. Ancaq millinin gələcəyi gənc futbolçular olduğundan, onlara indidən yol açırıq. Ufuka əsas yığmada hazırlaşmaq yaxşı təcrübə olacaq.

- Futbolçularımız Qazaxıstanla rəsmi görüşü süni örtüklü meydançada oynadıqlarından şikayətlənirdilər. Onlar üçün belə meydançada oynamaq çətindir...
- Futbolçular mənə bu haqda heç nə deməyiblər. Bu, yoldaşlıq görüşüdür. Sintetik qazon hazırlıq üçün nəzərdə tutulub.

- "Qarabağ"ın "Brügge" ilə cavab görüşünü izləyəcəksiniz?
- Bəli. Premyer Liqanın ilk turlarını da izləyəcəyəm.

- Artıq Ramazan ayı başlayıb və milli komandamızın əsasını təşkil edən "Qarabağ"ın futbolçuları oruc tuturlar...
- Mən hələ "Qarabağ"dan hələ heç bir futbolçunu hazırlığa cəlb etməmişəm. Onlar gələndən sonra Makedoniya yığması ilə yoldaşlıq görüşü günü bununla bağlı bir qərar verəcəyik. rnBu gün Azərbaycan yığmasının açıq məşqi keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Berti Foqts məşqdə jurnalistlərin suallarını cavablandırıb

- Hazırlıq haqda nə deyə bilərsiniz?
- Dünən axşam və bu gün səhər məşqləri izləmişəm. Buna əsasən deyə bilərəm ki, ümumilikdə razıyam. Futbolçular belə isti hava şəraitində çalışmaları məni razı salır.

- Avqustun 10-da Makedoniya ilə yoldaşlıq görüşündən nə gözləyirsiniz?
- Həmin oyunda müəyyən testləri həyata keçirəcəyəm. Həmin görüş bizim üçün rəsmi oyunlar öncəsi yaxşı bir sınaqdır. Çünki Makedoniya ilə oyundan sonra dalbadal 3 ev oyunumuz var və bunlara ciddi hazırlaşırıq.

- Bu sınaqlar taktiki ilə bağlı olacaq?
- Yox. Taktiki gedişləri klublarda edirlər. Biz müəyyən testləri yerinə yetirəcəyik.

- DÇ-2014-ün seçmə mərhələsində püşkü necə dəyərləndirərdiniz?
- Çox maraqlı qrupa düşmüşük. Portuqaliya yığmasında Ronaldo, Nani kimi ulduz futbolçular oynayır. Onlarla qarşılaşmaq gənc komandamız üçün yaxşı təcrübə olacaq. Portuqaliya ilə oyunlar bu baxımdan müəyyən əhəmiyyət kəsb edir. Rusiya yığması ilə vaxtilə bir seçmə mərhələdə düşdüyümüzdən, necə oynadıqlarını bilirik. İsrail yığması texnikalı futbolu ilə seçilir. Şimali İrlandiya millisi aqressiv oynayır. Lüksemburq yığması ilə görüşdüyümüzdən, onun haqda da məlumatımız var. Portuqaliya və Rusiya yığması bu qrupun favoritidir, Azərbaycan yığması yox. İsrail yığmasını da hesabdan silmək olmaz.

- Rusiya mətbuatında "Azərbaycan yığmasının dünya çempionatının çıxmaq şansı yoxdur" fikriniz yer alıb...
- Mən heç kimə belə bir açıqlama verməmişəm.

- Braziliyada atılan püşkdən sonra mətbuata danışmamısınız?
- Yox. Ümumiyyətlə, orada heç bir görüşüm olmayıb. Braziliyadan bura 19 saatlıq yol qət etmişəm.

- Almaniyanın "Frayburq" klubundan dəvət etdiyiniz Ufuk Budakı sizə həmyerliniz, 21 yaşlılardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert məsləhət görüb?
- Yox. Məni mayda U-21-in Moldova ilə yoldaşlıq görüşündə görmüşəm. Onun oyunu çox xoşuma gəldi. Sonradan Almaniyada olduğum müddətdə çıxış etdiyi "Frayburq"un baş məşqçisi ilə görüşdüm. O, mənə Ufuk haqda lazımı məlumatlar verdi. Düzdür, Budak hələ gəncdir və əsas yığmaya hazır deyil. Ancaq millinin gələcəyi gənc futbolçular olduğundan, onlara indidən yol açırıq. Ufuka əsas yığmada hazırlaşmaq yaxşı təcrübə olacaq.

- Futbolçularımız Qazaxıstanla rəsmi görüşü süni örtüklü meydançada oynadıqlarından şikayətlənirdilər. Onlar üçün belə meydançada oynamaq çətindir...
- Futbolçular mənə bu haqda heç nə deməyiblər. Bu, yoldaşlıq görüşüdür. Sintetik qazon hazırlıq üçün nəzərdə tutulub.

- "Qarabağ"ın "Brügge" ilə cavab görüşünü izləyəcəksiniz?
- Bəli. Premyer Liqanın ilk turlarını da izləyəcəyəm.

- Artıq Ramazan ayı başlayıb və milli komandamızın əsasını təşkil edən "Qarabağ"ın futbolçuları oruc tuturlar...
- Mən hələ "Qarabağ"dan hələ heç bir futbolçunu hazırlığa cəlb etməmişəm. Onlar gələndən sonra Makedoniya yığması ilə yoldaşlıq görüşü günü bununla bağlı bir qərar verəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail