Ehiosun Ekiqo : "Simurq"la oyundan xalsız qayıtmayacağıq"

11.09.2014 | 3614 dəfə oxunub

Bu həftə keçiriləcək Premyer Liqanın V turunda “Qəbələ” səfərdə “Simurq”la qarşılaşacaq. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı nigeriyalı Ekiqo Ehiosun qarşıdakı matçla bağlı fikirlərini gabalafc.az-a açıqlayıb:

“Hər qarşılaşmada olduğu kimi bu dəfə də bütün bacarığımızı meydanda qoyacağıq. Zaqataladakı görüşdə əzmlə mübarizə aparacağıq. Biz meydanda hər şeyi, o cümlədən son oyunun nəticəsini unudub, yalnız matça köklənirik. Ümid edirəm ki, “Simurq”la səfər oyunundan xalsız qayıtmayacağıq. Uğurları sıralamağa nə qədər tez başlasaq, bir o qədər yaxşıdır”.

24 yaşlı hücumçu çempionatın ilk 4 turunu da dəyərləndirib: “Arxada qalan 4 oyun haqqında çox şey deyə bilmərəm. Hər ötən oyun növbəti qarşılaşmada nələrisə daha yaxşı etmək üçün bir addımdır. Bu da çox yaxşı olmasa da, pis də deyil”.

“Qəbələ”də  debütü mövsümün startına təsadüf edən Ekiqo Premyer Liqanın 4 oyununda meydana çıxıb. Nigeriyalı qarşıdakı turlarda komandaya daha faydalı ola biləcəyini düşünür: “Premyer Liqanın startı mənim üçün Azərbaycanda debütlə əlamətdar oldu. Bu oyunlardakı çıxışımı dəyərləndirsəm, deməzdim ki, yaxşı olmadı. Amma daha da artırmaq üçün potensialım var. Bunların ilk matçların olduğunu nəzərə alsaq, növbəti oyunlar üçün daha çox çalışmalıyam. Mən də daha yaxşı oynayıb, komandama daha faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.

Azərbaycan Premyer Liqası haqda nə isə demək tezdir. Çünki arxada cəmi 4 oyun qalıb. Lakin bu qısa müddətə əsasən çempionatın zəif olmadığını deyə bilərəm. Bir sözlə, bura gəlməyimə dəyərdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail