Arif Əsədov "Xəzər Lənkəran"dan çəkinir?

12.09.2014 | 3790 dəfə oxunub

"Hansı rəqiblə qarşılaşmağımızın bizim üçün fərqi yoxdur". Bu sözləri Premyer Liqanın V turunda "Neftçi" - "Xəzər Lənkəran" arasında baş tutacaq oyuna münasibət bildirərkən "ağ qaralar"ın baş məşqiçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis bildirib ki, normal qaydada oyuna hazırlaşılar: "Düzdü, məşqləri tam heyyətlə həyata keçirə bilmirik. Bir neçə oyunçumuz millidən qayıdıb, bu gün də olimpiya millimizdə olan 2 futbolçumuz heyətə dönəcək. Vobay da öz millisinin tərkibində idi, o da ayın 12-si qayıdacaq. Problemlərimiz bircə bununla bağlıdır ki, tam heyətlə hazırlaşmaq imkanımız olmayıb. Qalan bütün məşqlər normal qaydada gedir. Həm taktiki, həm də fiziki baxımdan. 

Bütün komandalarla qarşılaşacağıq. İstər "Xəzər Lənkəran" olsun, istərsə də başqa komandalar. Hansı rəqiblə qarşılaşmağımızın bizim üçün fərqi yoxdur. Rəqiblərimizi bir-birindən ayırmırıq. Yeganə fərq bundadır ki, "Neftçi"- "Xəzər Lənkəran" matçı hər zaman prinsipial hesab edilib. Buna görə də istər-istəməz oyuna motivasiyanı daha da gücləndirmişik".

Təcrübəli mütəxəsis əlavə edib: "Xəzər Lənkəran" "İnter"lə görüşdə öz oyununu göstərib. Buna görə düşünürəm ki, "Xəzər Lənkəran"la bundan əvvəl olan oyunlardakı gərginlik qalacaq". 

"Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması sentyabrın 13-də, saat 17.30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail