"Qəbələ" Serbiya millisinin üzvünü aldı

02.08.2011 | 4168 dəfə oxunub

rnAzərbaycan Premyer Liqasının növbəti mövsümündə iddiasını artıran "Qəbələ" növbəti transferini reallaşdırıb. Stadium.az saytı xəbər verir ki, bu barədə komandanın baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, artıq Serbiya yığmasının futbolçusu Veseliko Trivunoviçin keçidi həll olunub: "Veseliko ilə 1 illik müqavilə bağlamışıq. O, hazırda da milli komandasının üzvüdür, Serbiyanın OFK klubundan transfer etmişik. Biz İngiltərədə olduğumuz müddətdə Trivunoviçi baş məşqçimiz Toni Adamsa təklif etdilər. O da serbiyalının bir neçə oyununa baxıb, bəyəndi və keçidinə razılıq verdi".

Əzizov bildirib ki, Trivunoviç mərkəz yarımmüdafiəçidir ki, komandaya da bu mövqeyə futbolçu lazım idi: "O, klubunda müdafiəyə, millisində isə hücumameylli oynayır. Veseliko ilə Bakıda müqavilə bağladıqdan sonra Qəbələyə hazırlığımıza yollanacaq. Gələn həftənin ilk günü isə milli komandasının düşərgəsinə gedəcək. Veseliko Serbiya yığmasının avqustun 10-da Rusiya milli komandası ilə Moskvadakı yoldaşıq görüşünə çağırılıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail