Mirhüseyn Seyidov: " Baş məşqçi Bernhard Lippert məndən şübhələnirdi"
U-21 millimizin son iki oyununa aparıcı futbolçulardan Mirhüseyn Seyidov dəvət almadı. Baş məşqçi Bernhard Lippert isə İsrail və Portuqaliyayla oyunlardan əvvəl bildirdi ki, Mirhüseynin milliyə çağırılmamasına Hüseynovun özü səbəbkardır. Çünki futbolçu özü millidə oynamaq istəmir. Stadium.az saytına açıqlamasında Mirhüseyn buna aydınlıq gətirdi:
“Norveçlə oyunda baş məşqçi mənə şans vermədi. Mənim o yaşım deyil ki, şansımı gözləyim. Həmin görüşdən sonra qrupda iki oyunumuz qalırdı. Ona görə də məşqçilər korpusu ilə söhbətimdə bildirdim ki, mən meydana çıxmayacamsa, gənclərə şans vermək daha yaxşı olar. Fikrimi necə qarşıladıqlarını bilmirəm. Ancaq istədim ki, gənclərə şans verilsin. Bundan əlavə son vaxtlar xoşagəlməz söhbətlər yayılırdı. Meydana çıxmadığım oyunda belə, məğlubiyyətdə məni günahlandırırdılar. Baş məşqçi Bernhard Lippert məndən şübhələnirdi. Guya futbolçuların zəif çıxış etməsini mən istəmişəm. Bu söz-söhbətlərdən bezdiyim üçün belə addım atdım. Millimiz heç kimin atasının komandası deyil. Azərbaycan millisində oynayırsansa, əlindən gələni etməlisən. Əgər məşqçim mənə şübhə ilə yanaşırsa, oynamadığım oyunda da uğursuzluğu mənim üzərimə atırsa, milli komandada qala bilməzdim”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |