Starkov: "Bizə, hətta, uğursuzluq olanda belə dəstək lazımdır"
Komandamızın baş məçqçisi Aleksandr Starkov yeni mövsümün astanasında fikirlərini bölüşür. Stadium.az saytı xəbər verir ki, klubun rəsmi saytına danışan Starkov işlərin qaydasında olduğu qənaətindədir.
"Zənnimcə hər iki təlim-məşq toplantısı yüksək səviyyədə keçdi. Klub bizim üçün əla şərait yaratmışdı. Mən oyunçulardan, onların işə münasibətindən və hazırlığın gedişındən razı qazıyam.
Kollektivimiz, tədricən, formalaşmaqdadır, əlbəttə ki, bu qısa bir proses deyil. Ötən mövsümlə müqayisədə heyətdə böyük dəyişikliklər baş verib. Həyatın tələbinə uyğun olaraq bir çox futbolçularla yolları ayırdıq. Ötənilki uğursuzluqdan sonra bu labüd idi. Eyni zamanda komandaya yeni oyunçular gəlib. Onların hər birinin oyuna öz baxışı, yanaşma tərzi var. Onların uyğunlaşması üçün zaman tələb olunurdu. Bu proses hələ tam başa çatmayıb. Yeni komandanın yaranması dərhal baş vermir.
Çətinliklər var, bununla belə, məncə, biz qarşıda duran vəzifələrin həllinə qadir olan kollektiv yaratmağa nail oluruq.
Mən klubun prezidentindən "bizim əsas məqsədimiz nədən ibarətdir, qarşıdan gələn mövüm üçün prioritetlərimiz nədir?" - sualına çox düzgün cavab aldım.
O söylədi: "Bizə sözün əsl mənasında komanda yaratmaq lazımdır".
Bu nə deməkdir? Bu tək yaxşı oyun nümayiş etdirən, qollar vuran, qalib gələn komanda deyil. Əlbəttə ki, məğlubiyyətlər də olacaq. Ancaq əsası yaxşı və çətin günlərdə bir yerdə olan, dərdini və sevincini bölüşən vahid kollektiv yaratmaqdır. Bizim ana məqsədimiz, məhz budur. Biz bu yolla irəliləyirik.
Çempionatın əvvəllərində heç bir komanda əla vəziyyətdə olmur. Finişə qədər uzun məsafə var. Uğurlu başlanğıc olduqca vacibdir. Bununla belə, hazırlıq planını qabaqlamaq da olmaz. Birinci və ikinci təlim-məşq toplantıları zamanı biz testlər tətbiq etdik. İşimizin bəhrəsi kimi nəticələrin yüksəldiyinin şahidi olduq. Bunu həm adi gözlə, həm də texniki vasitələrin köməyi ilə görmək mümkündür.
Orta sahədə və hücumda dəyişiklər etdik. Xüsusən də, hücum xəttinə diqqət ayırdıq. Şərti rəqib güclüdür, o bizim hücumların qarşısını almağa, dağıtmağa çalışır. Bunun üçün xüsusi hazırlıq tələb olunur. Komandamızın yeni üzvlərindən razıyam, onlar tək hücumda deyil, müdafiədə də yer alırlar. Ümid edirəm ki, mövsüm boyu futbolçuların inkişaf edəcəyinin şahidi olacağıq.
Ötən mövsüm göstərdi ki, əgər kollektiv, komanda yoxdursa, qələbələrin sayı az olacaq. Bu gün biz yeni komanda qururuq. Bizə, hətta, uğursuzluq olanda belə dəstək lazımdır. Dəstək çətin günlərdə daha da önəmlidir. Əminəm ki, bunun qarşılığını görəcəksiniz.
Azarkeşlərimizə söz verirəm ki, onların dəstəinin qarşılığını yaxşı oyunla və müsbət nəticə ilə verəcəyik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |