Kaxaber Sxadadze: "“Bu cür meydanda baxımlı futbol nümayiş etdirməkdən danışmaq mənasızdır"

12.09.2014 | 3526 dəfə oxunub

“Bu cür meydanda baxımlı futbol nümayiş etdirməkdən danışmaq mənasızdır. İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və cinahlardan hücuma qoşulan futbolçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu, qarşılaşmanın ən vacib anı idi. Futbolçulara həmişə demişəm ki, yaxşı meydançada güclü olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı meydançada, həm də pis meydançada göstərməlisən. Komanda bu gün əzmkar oyun göstərdi, mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular".

Stadium.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Araz Naxçıvan"a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O bildirib ki, "Araz Naxçıvan" klubu meydançanın ot örtüyünü yaxşılaşdırmalıdır:

"Oyuna bu qədər azarkeşin gəlməyi məni məmnun etdi. Fikrimcə, “Araz Naxçıvan” klubu meydançanın ot örtüyünü yaxşılaşdırmalıdır ki, matça gələn azarkeşləri də komandanın oyunundan həzz alsın. Onda daha yaxşı oyun göstərərlər. Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail