Rednik stadionun qapılarını mühafizəçilərə zorla açdırdı

03.08.2011 | 5919 dəfə oxunub

"Xəzər Lənkəran" dünən saat 19:30-da "Fırtınalar meydanı"nın yardımçı meydançasında axşam məşqinə çıxıb. Stadium.az saytı xəbər verir ki, komanda üzvləri yardımçı meydançaya çıxsalar da, azarkeşləri stdaiona buraxmayıblar. Mühafizəçilərin qapıları bərk-bərk tutmasından hiddətlənən azarkeşlər, hamılıqla ardıcıl bir neçə dəfə "Rednik-Rednik" deyə Rumın mütəxəssisi çağırıblar. Mirça Rednik yardımçı meydançanın mərkəzindən tərcüməçisi ilə birgə meydançanın kənarına qədər gəlib, mühafizçəilərin qapıları açmasını tələb edib. Yalnız bundan sonra qapılar açılıb və azarkeşlər baş məşqçini alqışlayaraq stadionun həyətinə daxil olublar. Komanda bu heyətlə məşq edib: Kamal Bayramov, Orxan Sadıxlı, Alim Qurbanov, Şəhriyar Xəlilov, Julius Vobay, Adrian Pits, Andrey Mureşan, Roberto Qomeş, Eder Bonfim, Ribeyro Pinto,Katalin Doman, Elvin Beqiri, Emeka Opara. 

Kamran Ağayev, Rahid Əmirquliyev, Elnur Allahverdiyev və  Elnur Abdullayev millinin toplantısında iştirak etdiklərindən, komandanın məşqlərinə qatıla bilmirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail