Qaliblər mükafatlandırıldı

14.09.2014 | 2975 dəfə oxunub

Sumqayıtın 12-ci mikrorayonundakı nümunəvi məhəllənin müasir meydançasında Sumqayıt bələdiyyəsinin kuboku uğrunda 9-cu uşaq futbol turnirinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Stadium.Az xəbər verir ki, tədbirdə yarışların baş hakimi A.Bağırovun rəhbərliyi ilə komandalar parad cərgəsinə düzüldükdən sonra Sumqayıt bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev uşaqları təbrik edib.

Qeyd edilib ki, bələdiyyənin məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət komandaları arasında 15 İyun – Milli Qurtuluş Günündə start götürən turnir Sumqayıta şəhər statusu verilməsinin 65 illiyinə həsr olunub. Turnirin qalibi olan şəhərin Kimyaçılar qəsəbəsi və Maralgöl sahələri üzrə 1 nömrəli məhəllə komitəsinin futbol komandasına Sumqayıt bələdiyyəsinin kuboku və medallar, həmçinin Almaniyanın “Helena Veber” siyasətçi qadınlar klubunun kuboku təqdim edilib.

Yarışlar AFFA tərəfindən təsdiq edilmiş qaydalar çərçivəsində 14 futbolçudan (8 əsas və 6 ehtiyat oyunçu) ibarət olaraq təşkil edilib, 4 yarımqrupun hər birinə püşkatma yolu ilə 6 komanda daxil olub. Yarışların keçirildiyi müddətdə gənc futbolçular üçün münasib şərait yaradılıb, onlar müvafiq idman geyimləri və digər oyun vasitələri ilə təmin ediliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail