"Xəzər Lənkəran" "Barselona"lı futbolçunu geri qaytarır

03.08.2011 | 5626 dəfə oxunub

Bir müddət əvvəl «Xəzər Lənkəran» klubu strategiyasını dəyişmək haqqında qərar verdikdən sonra ilk növbədə azarkeşlər üzülmüşdülər. Stadium.az saytı xəbər verir ki, bu üzüntü heç də azarkeşlərin passivliyi ilə davam etmədi və futbolsevərlər hər vasitə ilə klubun əvvəlki əzəmətinin və şöhrətinin qaytarılmasını istədilər.

Görünür "Xəzər Lənkəran" klubu ətrafında baş verən hadisələrə azarkeşlərin münasibəti, klub rəhbərliyini də həvəsləndirib. Belə ki, əldə etdiyimiz məlumata görə azarkeşlərin dəstəyinə güvənən klub prezidenti Mais Mənsimov komandaya bir neçə səviyyəli legionerin gətirilməsinə qərar verib. Bir müddət əvvəl  Avstriya toplantısında komandanın düşərgəsinə dəvət olunan,  lakin danışıqların uğursuzluqla nəticələndiyinə görə Avroliqa trunirində «Makkabi»yə qarşı hər iki oyunda «Xəzər Lənkəran»a kömək edə bilməyən "Barselona" klubununn yetirməsi Mario Rosasın komandaya  dəvət olunması yenidən gündəmə gəlib.  Klub rəhbərliyinə yaxın mənbədən əldə etdiyimiz məlumatda "Barselona"lının sabah və ya birisigün Lənkəranda olacağı iddia edilir. Məlumatda adı çəkilən futbolçudan başqa daha bir İspan futbolçunun gəlişi də bildirilir. Ümumilikdə isə 4-səviyyəli legionerin komandaya cəlb olunacağı,  bununla belə, hazırda komandada olan legionerlərdən də bir neçəsi ilə yolların ayrılacağı da gözlənilir. Konkret olaraq hansı futbolçuların yola salınacağı isə bildirilmir.

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail