Vladimir Levin: "Çempionatın ikinci yarısı mənim üçün uğurlu alınmadı "

26.12.2010 | 3181 dəfə oxunub

"İnter"in kapitanı Vladimir Levin "Gəncə" ilə matçı şərh edib. Klubun rəsmi internet saytına danışan müdafiəçi 2010-cu ilin onun üçün necə keçdiyindən danışıb və əmin etdib ki, gələn ildə də komanda qalib gəlməyə və azarkeşləri sevindirməyə çalışacaq.

rn

-Oyun asan olmadı, ancaq ən başlıcası qol vurmaq və nəticəni öz xeyrimizə dəyişmək mümkün oldu...

rn

-Bəli, tamamilə doğrudur. Matç qeyri-adi dərəcədə ağır oldu, uzun müddət qol vura bilmədik. "Gəncə"  bizə qarşı çox yaxşı müqavimət göstərdi və müdafiədə kifayət qədər ağıllı oynadı, lakin biz oyunun gedişatını xeyrimizə dəyişə bildik və oyunun lap sonunda qələbəni əldə etdik. Xoşdur ki, son oyunda qalib gəldik və indi rahatlıqla istirahət edə və ikinci dövrəyə hazırlaşa bilərik.

rn

-Bu, "İnter"in cari ildə keçirdiyi son matç oldu və ili qələbə notlarıyla başa vurmaq mümkün oldu...

rn

-İl kifayət qədər məhsuldar oldu. İlk yarımildə "İnter" Azərbaycanın çempionu oldu. Bu, böyük uğur, böyük qələbədir. Cari mövsümdə hər şey istədiyimiz kimi alınmasa belə, liderlərdən bir qədər geridə olsaq da, bu geriliyi aradan qaldırmağa və yüksək yerlər uğrunda mübarizə aparacağımıza ümid edirik. İlin ikinci yarısında hər şey mənim üçün o qədər uğurlu alınmadı, zədələndim və üç ay meydana çıxmadım. Allaha şükür, indi hər şey yaxşıdır və gələn il daha da yaxşı olacağına ümid edirəm. Fürsətdən istifadə edərək, hamını qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik edirəm. Ayrıca "İnter"in heyətini və klubun bütün azarkeşlərini təbrik edirəm. İstəyirəm ki, gələn il onların bütün arzuları yerinə yetsin və 2011-ci il onlara yalnız xoşbəxtlik və uğurlar gətirsin. Həmçinin Yeni il gecəsi arzuladıqları hədiyyələri almalarını diləyirəm!

rn

-Amma bizim azarkeşlər üçün ən böyük hədiyyə "İnter"in qələbələri olacaq...

rn

-Bizi dəstəkləyən insanlara minnətdarıq. Mən, elə bütün futbolçular gələn il də qələbələrimizlə azarkeşlərimizi sevindirməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail