Lənkəranlı azarkeşlərdən Ramin Musayevə ağır ittihamlar

03.08.2011 | 5437 dəfə oxunub

PFL prezidenti Ramin Musayevin son açıqlamasında "Xəzər Lənkəran"ın avrokubok uğursuzluğunu dəyərləndirməsi barədə dünən məlumat vermişdik. Stadium.az saytı xəbər verir ki, PFL prezidenti bu dəyərləndirə sırasında "Xəzər Lənkəran"da baş verənləri izləyirəm. Mirça Rednik əsl aktyordu. Mütəxəssis Avroliqada mərhələ adlaya bilmədiyinə görə bu addımı atdı. O bilirdi ki, təzyiqlər olacaq, hesabat tələb olunacaq. Ona görə də azarkeşlərdən sipər kimi istifadə etdi" sözlərini dilə gətirmişdi. Musayevin bu sözlərinə lənkəranlı azarkeşlər tərəfindən çox ağı ittihamlarla cavab verilib. Azarkeşlər adından "12cioyunçu" fanklubunun saytında yerləşdirilən həmin yazını olduğu kumu diqqətinizə çatdırırıq:

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev  "Xəzər Lənkəran" komandasının baş məşqçisi Mirça Rednikə əvvəlcə Qaraçı kimi baxırdısa, indi artıq ona aktyor deyir. Bu gedişlə yaxın gələcəkdə onun Rumın mütəxəssisi necə adlandıracağı bəlli deyil. Hələ üstəlik azarkeşlərdən sipər kimi istəfadə etməkdə Redniki suçlayan hörmətli Ramin Musayevə  ilk öncə bir müddət əvvəl milli komandanın Kazaxıstan millisinə məğlubiyyətində onun rolunu xatırlatmaq istədik. Onu da qeyd edək ki, bildiklərimizin yalnız üstündən bir çimdik götürərək xatırladırıq:

Ay Ramin müəllim, sizcə kimlərinsə ayağının altını qazmaqdan ötəri üçrəngli bayrağımızın altında çıxış edən millini rüsvay etməyə dəyərdimi ? Heç rəva idi ki, bir neçə milli futbolçunu yoldan çıxarıb 9-milyonluq xalqın başını aşağı salasız ? Berti Fotcsu çətinə salmaq üçün bu və digər addımları ataraq Azərbaycan xalqına qarşı xəyanət etməyə dəyərdimi ? Axı  Alman çalışdırıcıya oyundan sonra "tualet avadınlığı" göstərilməməli idi, ən azı Kazaxıstanla oyundakı məğlubiyyətə görə... Axı həmin məğlubiyyətdə Foctsluq bir şey yox idi, sadəcə siz belə lazım bilmişdiniz...

O gəncləri, (futbolçuları nəzərdə tuturuq) niyə pis yollara çəkirsiniz, niyə onları üzü kölgəli edirsiniz , niyə onları süni quraşdırılmış məğlubiyyətlərə alışdırısınız ? Yox, yox cavab vermək, bəraət qazanmaq  lazım deyil, biz hər şeyi bilirik və demək imkanlarımız da genişdir...

Deyrirsiniz ki, Rednik azarkeşlərdən sipər kimi istifadə etdi. Əşşi bizi qınamayıne Ramin müəllim, bir də gördünüz ki , sizinlə savaşda Elxan Məmmədov da ölkənin ən böyük azarkeş kütləsindən  sipər kimi istifadə etdi. Məgər buna ehtiyac varmı ?

Çox hörmətli Ramin müəllim, gəlin bir razılığa gələk. Siz Mirça Rednikdən əl götürüb qalırsınız kənarda, çempionatda da kubok oyunlarında da onunla və komandası ilə işiniz olmur, əvəzində biz də susuruq. Kazaxıstanla oyunla bağlı deməyib ürəyimizdə saxladıqlarımızı demərik, Elxan müəllimin masası üstündə olan bir iki kağız parçasındakı cızma qaraları unudarıq və sair və ilaxır...

O qədər deyiləsi işlər var ki...

Baxın biz görün nə qədər geri çəkilməyə razıyıq. Sizdən isə  bircə xahişimiz var; Rednik və komandasından uzaq qalmanızı istəyirik. Razılaşdıqmı ?

Ramin müəllim,  Ok ?

P.S- Az qala yadımızdan çıxacaqdı, sirr də olsa sizə deyək ki, Elxan müəlimin otağına şpion göndərməyə  cəhd etməyiniz belə yersizdir. Həmin kağız parçaları artıq bizdədir. Öz aramızdır baş katibin gözəl xətti var ...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail