"Araz Naxçıvan" azarkeşlərindən sərt bəyanat

15.09.2014 | 3251 dəfə oxunub

Bu gün "Araz Naxçıvan"ın "Nəqşicahan" Azad Azarkeş Klubunun İdarə Heyəti bəyatan yayıb. Stadium.Az həmin bəyanatı təqdim edir: 

"Bəsdirin Naxçıvan futbolunu bərbad günə qoyduz. 12 il bundan əvvəlki biabırçılığı təkrarlamaq niyyətindən əl çəkin. Bəsdirin daha Naxçıvanlı azarkeşlərin heysiyyatı ilə oynadız.Son qoyun mətbuat və ictimaiyyət arasında gedən oyun alqı satqı söhbətlərinə. Rəhbərlik nə vaxta kimi bu biabırçılığa dözümlülük nümayiş etdirəcək" Premyer liqa klublarına nəzər salsaq, görərik ki, son günlər idmana aid bütün KİV-lərimiz ancaq və ancaq “Araz-Naxçıvan”dan yazır, danışır, göstərir. Bəli, bəli, məhz “Araz-Naxçıvan” günün manşetindədir. Səbəbi də maraqlıdır. Heç kim debütantın göstərdiyi pis və yaxşı oyundan yazmır, “Araz-Naxçıvan” analoqu olmayan (ataları yada salan yoxdur, amma mən salacam), yox bu dəfə ataloqu olmayan məsələlərlə gündəmi zəbt etməyi bacardı deyəsən. “Sumqayıt”a məğlubiyyətdən sonra “Araz-Naxçıvan”ın verdiyi bəyanat “ər evindən küsən gəlin” misalına bənzədi. Elə bu da ataloqsuz bir bəyanat idi. Hələ bəyanatın da ardınca “yağlı-yağlı” müsahibələr, hakimləri itdən düşmüş etmək, falan. Bəyanat məsələsinə qayıtmaq istəyirəm, Siz əzizlərinizin canı, o nə bəyanat idi? Yazırlar ki, “Araz-Naxçıvan”ı hakimlər uduzdurdu. Lap sizinlə razıyam, penaltiləriniz verilməmişdi, 38 dəqiqə rəqib 10 nəfər oynayıb, siz də bir qol atardınız çərçivəyə, heç-heçə edərdiniz da. Bunu da bacarmırsınızsa, hakim neynəsin? Axı “Sumqayıt”la oyunda qapıya fərli-başlı bir zərbə vuran oldu ki? Atam balası, keçdi “Həsənağa vur qabağa” dövrü… “Araz-Naxçıvan”da şou bilirsiniz nə zaman başlamışdı? “Caqa”nı transfer edə zaman. Komediyadılar e, vallah. Tranferi işi yekunlaşmaq üzrə, Cahangir “Araz-Naxçıvan”ın heyətində Şərurda məşq edir və və birdən-birə qayıdır Bakıya ki, ailəmdən uzaq yaşaya bilmərəm. Elə rəhmətlik Siyavuş Aslan demişkən, gic gülmək Cahangirin “Araz-Naxçıvan”a keçidi söhbəti ortalığa atılanda tutmuşdu məni. Bu nə transferdi balam, “Araz-Naxçıvan” niyə “trafey” yığınıdır? Hələ o zaman son günlərin dildən-dilə gəzən “nağaracuğaaa” sözünü çox işlətdim öz-özümə. Amma Cahangirə də bir sözüm var. Belə düşük hərəkətlər edirsiniz ki, “Biləcəri” stansiyası sizin üçün son dayanacaq olur. “Araz-Naxçıvan” isə müəmmalar içində yenə də öz işini guya ki, görürdü. Çempionatın başlanmasına sayılı günlər qalmış Akif Tağıyev heyətdən ayırılır. Və Bakıya çatar-çatmaz elə müsahibə verdi ki, ağlı başında olan adam bu yazını oxuyanda hiss edərdi ki, “Araz-Naxçıvan”da sular çox, amma çox “bulanıq”dır. Hələ maraqlısı bilirsiniz nədir? Ad qoydular ki, Akif formada olmadığından əvəzedici heyətə göndərilib. Ayıbdır e, bəs toplanış dövründə siz hara baxırdınız ki, Akif formada deyildi? Ardınca biabırçı xəbərlər gəlməkdə davam edir “Araz-Naxçıvan”ın heyətindən. Komandanın əsas üzvlərindən sayılan Mikayıl Rəhimov, ardınca Elgiz Kərimli komandadan “didərgin salınır”. Birinci turdan sonra Elgiz Kərimli komandaya qaytarılır. Niyə? İndi cavab tapacaqsınız. İlk turda “Araz-Naxçıvan” evdə “Neftçi”ni qəbul edir və 3:0-lıq qələbə qazanır. “Neftçi”ni Naxçıvana kim aparmışdı? Komandanın məşqçisi Nazim Əliyev. Və “Neftçi”nin “Araz-Naxçıvan”a bu məğlubiyyəti Nazim Əliyevin oğlunun naxçıvanlıların heyətinə qaytarılması ilə yekunlaşır. Ammalar “Araz-Naxçıvan”da davam edir. Belə ki, “Sumqayıt”la oyundan sonra Vüqar Əsgərovun “gedənlər”ə qoşulduğunu mətbuatdan oxuduq. Bugün isə Elhad Nəziri, Kamil Hüseynov və “Saşa” “köç karvan”ına qoşuldu. Elhad Nəziri və ya digərləri kimin istəyi ilə komandaya qoşulmuşdu ki, bugün yola salınır, cənab Abdullayev? Elhad nə vaxt oynadı ki, oyunu səni razı salmadı? “Araz-Naxçıvan”dakı olaylardan yazmaq istəməzdim və istəmirdim də. Son günlər Akif Tağıyev, ardınca bugün isə Elhad Nəzirinin mətbuata verdiyi açıqlama bunu yazmağımda ürəyimə qulaq asmadı. Heç bilirsiniz Elhad müsahibəsində nə deyib? “Futboldan gedərəm, amma Əsgər Abdullayevin başçılıq etdiyi komandada top qovmaram” – Elhad Nəziri deyir bunları. Elə adamı düşündürən də bunlardır ki, “Araz-Naxçıvan”da nə baş verir? Bu arada dostum Pərviz Cəfərovun mənə verdiyi sual yadıma düşdü. Bir dəfə mənə sual verdi ki: “Famil, Koroğlunun kişiliklə bağlı yaxşı bir sözü var, bilirsən onu?”. “Yox” – dedim. “Kişilik silahla getdi”. Yəni ki, nə demək istədiyimi başa düşdünüz. Əzizim Elhad, yəqin səninlə danışıq zamanı başda papaq yox, beysbolka olub. Möhtərəm bəylər, hələ birinci divizionda olanda sizlərə bəyanat ünvanlamışdıq, 5 nəfər, ancaq İdarə Heyətinin üzvləri adından. Onda mətbuatdan gizlətdik ki, “ev bizim, sirr bizim” olsun. Amma o dövr keçdi, biz azarkeşlərin səbri ilə oynamayın. Belə düşünürəm ki, “Araz-Naxçıvan”da hələ çox gənc futbolçularımızın “manifest”i yazılacaq, həm də böyük ustalıq səviyyəsi ilə “torbası tikilən” gənclərin manifesti. Amma belə ucuz hərəkətlərə görə kimin cavab verəcəyi çox qaranlıqdır… Bir də yadımdan çıxmamış qeyd edim, elə edəcəksiniz ki, nə vaxtsa futbolçu dəvət edəndə komandaya, “Araz-Naxçıvan” adı eşidəndə dərəbədərə qaçacaqlar.

“Nəqşicahan” AAK İDARƏ HEYYƏTI



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail