"Araz Naxçıvan" Elhad Nəzirini hədələdi

15.09.2014 | 3657 dəfə oxunub

Məlum olduğu kimi, "Araz-Naxçıvan" PFK rəsmi olaraq 3 futbolçusu ilə yollarını ayırıb (Elhad Nəziri, Vüqar Əsgərov və Oleksandr Krutskeviç). Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi qarşılıqlı surətdə ləğv edilən E.Nəzirinin ötən gün mətbuata verdiyi açıqlama futbolçularımızın qəzəbinə tuş gəlib.

Belə ki, müdafiəçi açıqlamasında futbolçuların oyun satdığını iddia edib. "Araz-Naxçıvan"nın futbolçuları Kamal Bayramov, Ramal Hüseynov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Saşa Yunisoğlu, Aqil Nəbiyev, Tərlan Xəlilov, Emin Cəfərquliyev, Qərib İbrahimov və digərləri Elhada cavab olaraq bu sözləri dilə gətiriblər:

"Uzun müddət bir yerdə oynamışıq. İnsan gərək hər zaman ailəsinə çörək apardığı yerin təshibini kimsəyə verməsin. Elhad yaxşı futbolçu ola bilər, bunun üçün üzərində çox çalışmalıdır. Məşqçinin də onu oynatmamasının səbəbi bəlkə də bu olub. Lakin bilmədən bizləri oyun satmaqda günahlandıran, təqsirli bilən insan bizim dostumuz yox, düşmənimiz ola bilər.

İndi biz ona sual vermək istəyirik: Hardasa oyun satdığımızı görüb? Görübsə, sübut edə bilər? Elhada demək istəyirik ki, bunu sübut etsin. Etmədiyi təqdirdə bizə şər atdığına görə aidiyyatı qurumlara müraciət edəcəyik. Ya da açıqlama verdiyi saytlarda, qəzetlərdə "Araz-Naxçıvan" PFK rəhbərliyindən, məşqçilər korpusundan və biz futbolçulardan üzr istəsin".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail