"Neftçi" və qapıçısı cəzalandı

16.09.2014 | 2813 dəfə oxunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 40-cı dəqiqəsində “Neftçi” klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Thieqo de Xesus idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Premyer Liqanın V turunun “Simurq” – “Qəbələ” matçında “Simurq” klubunun 5 , “Qəbələ”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun 12 №-li futbolçusu Aleksandru Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).        

Oyunun 20-ci dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Bakı” – “Sumqayıt” matçının 80-cı dəqiqəsində “Sumqayıt” klubunun 28 №-li futbolçusu Rüstəm Alxasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 85-ci dəqiqəsində “Bakı” klubunun 15 №-li futbolçusu Azad Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionun II turunun “Energetik” – “Şəmkir” matçında “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).Oyunun 67-ci dəqiqəsində “Energetik” klubunun 18 №-li futbolçusu Elçin Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır klub 200 manat cərimə olunur (maddə 37.1).

Oyunun 89-ci dəqiqəsində “Şəmkir” klubunun 13 №-li futbolçusu Səftər Qafarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 89-ci dəqiqəsində “Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionun II turunun MOİK – “Lokomotiv” matçının 45+1-ci dəqiqəsində “Lokomotiv” klubunun 10 №-li futbolçusu Haqverdi Yusifov öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır klub 200 manat cərimə olunur (maddə 42.1).

Oyunun 73-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Orxan Müzəffərli, 9 №-li futbolçusu Röyal Nəcəfov, “Lokomotiv” klubunun 9 №-li futbolçusu Nicat Əsgərov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər üç futbolçu 2 oyun cəzalanır klublar 200 manat cərimə olunur (maddə 38.1).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail