"Mənim üçün əsas mərhələni keçməkdir"

03.08.2011 | 5292 dəfə oxunub

Avroliqanın III təsnifat mərhələsi çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Brügge" klubunun baş məşqçisi Adri Koster bu gün oyunöncəsi mətbuat konfransı keçirib.Stadium.az saytı xəbər verir ki, Koster sabahkı oyunla bağlı fikirlərini bildirib: "Sabahkı oyunla bağlı təəssüratlarım əladır. Ancaq hava şəraiti heç də əlverişli deyil. Sabah bizim üçün çətin olsa da, hesabı qorumağa çalışacağıq. Rəşadın yaxşı oyunçu olduğunu bilirəm. Çünki onun "Streymur"la oyununu izləmişdim. "Qarabağ" yaxşı komandadır. Bakıdakı oyun tam fərqli olacaq. Çünki rəqib azarkeşlər önündə oynamaq elə də asan deyil.

Bununla belə, biz müdafiədə oturmayacağıq. Anti futbol göstərməyəcəyik. Əks təqdirdə bizim üçün çətin olar. Sabahkı oyunda da qol vurmağa çalışacağıq. Mənim üçün əsas mərhələni keçməkdir. Nəticə o qədər də vacib deyil. Əsas odur ki, komandam yaxşı oynasın".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail