Rövnəq Abdullayev: "Bu qərar hər birimiz üçün çox sevindiricidir"

19.09.2014 | 2839 dəfə oxunub

Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Stadium.Az xəbər verir ki, bununla bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

"2020-ci ildə təşkil olunacaq Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı şəhərinin Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir, hər birimizin uğurudur və inanıram ki, bu, idmanın inkişafına öz töhfəsini verəcək. Avropa çempionatı kimi nüfuzlu bir turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bir daha ölkəmizin futbolsevərlərini və möhtərəm Prezidenti bu əlamətdar hadisə münasibətilə təbrik edirəm".

affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail