Ruslan Əmircanov: "Qələbəylə azarkeşlərimizi sevindirməyə çalışacağıq"

20.09.2014 | 2922 dəfə oxunub

"Qəbələ" Premyer Liqanın VI turu çərçivəsində bu gün "Neftçi"ni qəbul edəcək. Stadium.Az xəbər verir ki,"qırmızı-qaralar”ın təcrübəli futbolçusu Ruslan Əmircanov paytaxt təmsilçisi ilə Qəbələdə keçiriləcək görüş haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladır. Oyuna yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdür, “Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik. Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm.

Amma yeni oyunçuları olduğundan belə təhlil zəruridir. Rəqib güclü komandadır. Baş məşqçi dəyişikliyindən sonra da “Xəzər Lənkəran” kimi rəqibə qalib gəlib. Son oyunda biz də qalib gəlmişdik. Bu da ab-havaya müsbət təsir edir. Amma həmin görüşü unudub, qarşıdakına köklənmişik. Hamımız matçın ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq. Növbəti qələbəmizlə azarkeşlərimiz sevindirməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail