"Mil-Muğan"ın baş məşqçisi futboldan qovuldu

23.09.2014 | 4765 dəfə oxunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.

Premyer Liqanın VI turunun “İnter” – “Bakı” matçının 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

Premyer Liqanın VI turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin VI turunun “Qarabağ” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 42-ci dəqiqəsində “Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abaslı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionun III turunun “Qaradağ Lökbatan” – “Kəpəz” matçının 31-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 85 №-li futbolçusu Natiq Əkbərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Adil Mahmudov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur(maddə 62).

 Azərbaycan I Divizionun III turunun “Ağsu” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun III turunun “Lokomotiv” – “Neftçala” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun III turunun “Şəmkir” – “Şahdağ” matçının 83-cü dəqiqəsində “Şahdağ” klubunun 6 №-li futbolçusu Rüstəm Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionun III turunun “Bakılı” – “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Meydan sahibi olan “Bakılı” komandasının əvəzetmə tablosunun olmamasına görə klub 200 manat cərimə olunur (maddə 60).

Azərbaycan I Divizionun III turunun “Mil-Muğan” – “Turan-T” matçında oyun bitdikdən sonra “Turan-T” klubu protokolda etiraz qeyd edib. Belə ki, “Mil-Muğan” komandasının 3 №-li futbolçusu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxanın (doğum tarixi: 11.11.1990) iştirak etdiyini bildirib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılmış və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

“Mil-Muğan” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 51.2).

“Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədovun saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılır və klub 1000 manat cərimə olunur (maddə 45).

“Turan-T” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

 Oyunun 65-ci dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li futbolçusu Məhərrəmov Orxan idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 90+3-cü dəqiqəsində “Turan-T” klubunun 21 №-li futbolçusu Rəşad Orucov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyunun 90+4-cü dəqiqəsində “Turan-T” klubunun 12 №-li futbolçusu Taleh Qasımov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail