"M.Y." Futbol Məktəbi ilə bağlı mətbuat konfransı

24.09.2014 | 3186 dəfə oxunub

Bayıl stadionunda Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Stadium.Az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerin, İngiltərənin "Mançester Yunayted" klubunun Marketinq direktoru Conatan Riqbinin və klubun sabiq futbolçusu Mikael Silvestrenin iştirakı ilə keçirilmiş mətbuat konfransında məktəb barədə ətraflı məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

Mətbuat konfransı başa çatdıqdan sonra iştirakçılar və mətbuat nümayəndələri Mançester Yunayted Futbol Məktəbinin seçim prosesini izləyiblər.

Xatırladq ki, ilkin mərhələdə məktəbin istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunayted klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:

1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Məşqlər Mançester Yunayted futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən əvvəl həftədə ən azı iki dəfə).

affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail