Tərlan Əhmədov: "İkinci hissədə rəqibə görə oynamağa başladıq"

27.09.2014 | 1683 dəfə oxunub

Premyer Liqanın VII turunda baş tutan AZAL - "İnter" duelində qalib müəyyənləşmədi - 1:1. Stadium.Az xəbər verir ki, "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov paytaxt derbisindən sonra təşkil olunan mətbuat konfransında görüşlə bağlı öz fikirlərini açıqlayıb:

"Sumqayıt"la oyundan sonra futbolçularımla söhbətim olmuşdu. Bildirmişdim ki, komanda ev oyununda uzun müddətdir qələbə qazanmır. Hesab edirəm ki, oyunçularım mübarizə apardılar. İlk hissədə daha çox hücum etdik. İkinci hissədə isə mənim tapşırığıma əsasən komanda bir qədər geri çəkildi.

Düşünürəm ki, 70 dəqiqə mən istəyən futbolu oynadılar. Biz ikinci hissədə rəqibə görə oynamağa başladıq. Bəzi epizodlar oldu ki, uğur qazana bilərdik. Amma alınmadı. Daha sonra bir səhv buraxdıq. Həmin səhvdən sonra rəqib qol vurdu və yekun nəticəni müəyyənləşdirdi. Artıq oyunu unutmalı və qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Bunun üçün vaxtımız var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ