Əsgər Abdullayevin istefası klub rəhbərliyi tərəfindən qəbul edilmədi

28.09.2014 | 3854 dəfə oxunub

Məlum olduğu kimi bu gün Premyer Liqanın 7-ci turunda "Araz-Naxçıvan" səfərdə "Bakı"nın qonağı olub. Stadium.Az xəbər verir ki, gərgin keçən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Görüşdən sonra stadiona toplaşmış azarkeşlər komandanın baş məşqçisi Əsgər Abdullayevi istefaya səsləyiblər. Keçirilən mətbuat konfransında Abdullayev rəhbərliklə danışdıqdan sonra istefa verəcəyini açıqlayıb. Artıq baş məşqçi istefa verməsi barədə klub rəhbərliyi ilə danışıb. Lakin klub rəhbərliyi bu istefanı qəbul etməyib və baş məşqçi öz postunda qalıb.

Bu barədə "Araz-Naxçıvan" PFK-nın prezidenti Orxan Cabbarov klubun rəsmi saytına açıqlamasında bunu təsdiq edib: "Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: Naxçıvanda futbol olmayanda harda idiz? İndi baş məşqçini istefaya səsləyirsiz. Əsgər müəllim birinci divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdız. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harda idiz? Günahı baş məşqçidə axtarmaq lazım deyil, sadəcə komandaya dəstək olmaq lazımdır, necə ki, ötən mövsüm dəstək olmusunuz.

Əsgər Abdullayevi komandanın başına gətirəndə heç bir azarkeşdən məsləhət alınmayıb, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin. Komandaya dəstək olan hər bir azarkeşimizə xüsusi hörmətimiz var. Əsgər Abdullayevin istefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi "Araz-Naxçıvan"da baş məşqçi kimi fəaliyyət göstərəcək. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail