"Mənə verilən şanslardan maksimum yararlanmalıyam"

01.10.2014 | 3026 dəfə oxunub

Premyer Liqanın VII turunun “Xəzər Lənkəran”la oyunu (1:1)  “Qəbələ” Futbol Akademiyasının gənc futbolçusu Elvin Camalov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi əsas komandada ilk yubileyini qeyd edib.

10-cu matçına çıxan yarımmüdafiəçi  cari çempionatda ilk, Premyer Liqada 2-ci, karyerasında 4-cü dəfə matça start heyətində başlayıb. Lakin əvvəlki 3 belə oyundan fərqli olaraq bu dəfə əvəzlənməyib. İlk dəfə 90 dəqiqə meydanda olan gənc futbolçu “Xəzər Lənkəran”la qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

“Əlbəttə ki, oyuna start heyətdə çıxmağım mənim üçün çox sevindirici, bir o qədər də məsuliyyətli idi. Hər oyuna çıxanda üzərimdə çox məsuliyyət hiss edirəm. İstər əsas heyətdə olsun, istərsə də sonradan meydana daxil olanda. Düzdür, oyun təcrübəsinə çox ehtiyacım var. Bunun üçün də hələ çox oynamalı, üzərimdə çalışmalıyam. “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşmışdıq.

Bizi qələbədən 5-6 dəqiqə ayırdı. Bu oyuna 3 xal üçün çıxmışdıq. Çox istəyirdik ki, qalib gələk. Amma qismət olmadı. Əsas heyətdə möhkəmlənmək üçün gücümü, bacarığımı ortaya qoymalıyam. Bunun üçün mənə verilən şanslardan maksimum yararlanmalıyam”.

Camalov Premyer Liqada 7, Avropa Liqasında 2, Azərbaycan kubokunda 1 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail