İbrahim Uzuncadan acı etiraf: "Hədəfimiz Premyer Liqada qalmaqdı"

02.10.2014 | 5138 dəfə oxunub

Bu gün Premyer Liqanın I turundan təxirə salınmış "Bakı" - "Simurq" matçı keçirildi. Stadium.Az xəbər verir ki, oyun paytaxt klubunun qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşdən sonra meydan sahiblərinin baş məşqçisi İbrahim Uzunca qələbəni şərh edib:

"Daha çox çalışmağımız lazımdır. Sevindirici olan  bir məqam var. Biz oyundan oyuna daha yaxşı çıxış edirik. Milli komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq. Bu sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm,  qələbəni rəhbərliyə hədiyyə edirəm.

Heyətdə gənc futbolçu çoxdur. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada qalmaqdır. Nəticə qazanmaqla yanaşı, biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail